“Sən o yanındakı qızın canı…”

yaxud

Ümummilli erməni dilənçiliyi

Xalid NİYAZOV

Yanında sevgilinmi, tanışınmı, xülasə, qəşəng bir qız ola və şəhərin gözəgəlimli bir yerində onunla gəzməyin dadını çıxarasan. Heç ola bilməz ki, yeni il küknarı kimi alabəzək libaslara bürünmüş, ağzında saqqız, saçları pırpız, sifətlərinin kirdənmi, ya elə ilahidənmi qaralığından rəngi bilinməyən qaraçı qızcığazlar ley kimi şığımasınlar üstünə. Və başlayacaq az qala diş həkiminin növbəti həmləyə keçən bor maşınının beynivin neyronlarına zülüm verən, əsəb hüceyrələrinə vay tutan monoton mızıltısını xatırladan “oxşamalar”: - Sən o yanındakı qızın əziz canı, mənə bir nəzir ver! Sən o qızın canı, əlimi boş qaytarma!

Oyan-bu yan burcutmağın heç yeri də yoxdur. Sənin qırımından ağlı bir şey kəsməyincə tez cumacaq qıza sarı: - Ay canıyanmış, denən mənə bir nəzir versin də!.. Qızdan da bir qımıltı görməyəndə keçəcək dilənçiliyin natural üsuluna: - Ay gözəl, o oçkini ver mənə də… Yanındakı sənə təzəsini alar. Və s. və i.a.

Heç şübhəsiz, piyada yaxud avtomobildə Bakıda tez-tez rastlaşdığımız bu idilliyanı vəsf etmək kimi bir amacım yoxdur. Sadəcə, erməni saytı “lragir.am”-da oxudum ki, bu “şandığalar” yenə yolçu-qaraçı cildinə girib Amerikanın Los-Anceles şəhərində teledilənçiliyə başlayıblar.

Adını “telemarafon” yox e, lap “güldəstə” də qoysalar, dəxli yoxdur, əsil dilənçilikdir ki, başqa bir şey deyil. Heç şübhə yoxdur ki, Kim Kardaşyan kimi seksi-gözəlçələri ətəklərini qaldırıb ora-buralarını göstərə-göstərə pul diləniblər. Erməni “axçi”liyinin az qala milli brendə çevrilmiş türfə məziyyətidir bu.

Söz yox, yardımlaşmaq, əl tutmaq, şəfqət göstərmək savab işdir. Bunu din də buyurub, adi insanlıq dəyərləri də. Biri sağalmaz mərəzə düçar olar, bir yerdə zəlzələ baş verər, o birini sel basar, yanğın düşər, daha nə bilim, təbiət min bir pəstəha çıxara bilər, onda qonum-qonşunun, eşidib-bilənin toplaşıb əl uzatması “Əlidən qalıb”. Amma bu “suyumu “ küçədə qalmışlar həftə səkkiz- mən doqquz əllərini açıb dilənməklə məşğuldurlar. Heç şübhəsiz, bu da çox yaxşı yiyələndikləri bir özgə peşələr kimi “qədim erməni peşəsi”dir.

Bu dilənçilik əməliyyatında ən maraqlı məqam bilsəniz nədir?! Ermənistanın üst-üstə dörd telekanalı – dövlət kanalı olan H1 və müstəqil Armenia TV, "Şant" və “Erkir Media” həmin prosesi “on-line” rejimdə yayımlayıb.

Bunun dərin mənası var. Deməli, rəsmi İrəvan dilənçiliyi tək “qədim erməni peşəsi” kimi deyil, onun da fövqündə bir milli ideya kimi təbliğ edir: - Baxın, a millət! Görüb öyrənin ki, gözlərivin qorasını sıxmaqla 12 saata necə milyoner olmaq mümkündür.

Təsəvvür edin, 750 volonter durmadan Avropada 60 min ailəyə zəng etdikdən sonra 1.37 milyon avro toplayıblar. Sadə bir “şotka” əməliyyatı aparsaq, ailəbaşına 22 evro 83 “köpük” düşür. Həzərat, bə bu dilənçilik deyil, nədir? Vallahi, Bakı küçələrində şütüyən bahalı “Range Rover”, “Porshe”, “Ferrari”, “Bentli” və qeyri maşınları işıqforda “xırxalayan” dilənçilər az qala şüşəsiləndən sallanıb – Sən o yanındakı qızın canı... – deyə zarıyanda 22 evrodan çox qoparırlar.

İndi gəlin, müqayisə edək. Bu bədəsillərə təvəccöh göstərən içi erməni qarışıq 60 min avropalı ailəsi, üstəgəl ermənilərin beynəlxalq dilənçilik üzrə ixtisaslaşmış müxtəlif fondları və təkcanına Heydər Əliyev Fondu. Təkcə elə son illər ərzində Azərbaycanın Birinci xanımı və Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qoca Avropada həyata keçirilmiş mədəni irs layihələrinin məbləği ermənilərin indiyədək topladıqlarından dəfələrlə artıqdır.

Bütün dünya tamaşasına yığışsın: bir tərəfdə gözünün “şorpa”sı ovcunda, zarıyıb-sıtqıyaraq az qala Afrikanın, Polineziyanın cəngəlliklərində yaşayan “ibtidai insan”ların əyinlərindəki paltar adına tumanlarına da tamah salan erməni və bu şərəfsizliyi yeyən Ermənistan, qarşı tərəfdə isə Qərbi və Şərqi Avropada, uzaq Pakistanda, dünyaya meydan oxuyan Rusiyada comərdliyi, xeyirxahlığı, xeyriyyəçiliyi ilə ad qoyan Heydər Əliyev Fondu.

Aramızdakı fərq, uçurum, keyfiyyət özəlliyi və özgəliyi budur!

Bir Fondun bacardığını yenə bilməyənlər bütöv bir Azərbaycanla “qurşaq tutmağa” girişiblər.

Çomağa gələn cahil keçi!

P.S. Amma Puşkin də nə deyib?! – Sən Qorxaqsan, sən Köləsən, sən ERMƏNİSƏN!!!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar