“İlyas İsmayılov inanclı kəsimin tələblərinə cavab verən namizəddir” – İP sədri

E.Manafov: “AİP müxalifət düşərgəsinin birliyi olan Milli Şurada partiya formatında yox, fərdlər formatında təmsil olunub”

İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov partiya Baş Məclisinin 2013-cü ilin prezident seçkilərində Ədalət Partiyasının namizədi İlyas İsmayılovu dəstəkləmək qərarı ilə bağlı Turan-a şərh verib.

O qeyd edib ki, partiya Baş Məclisinin İlyas İsmayılovu dəstəkləməsi bu şəxsin inanclı kəsimin tələblərinə cavab verən namizəd xüsusiyyətlərinə malik olmasındadır. Amma E.Manafov bu xüsusiyyətlərin nədən ibarəıt olduğunu açıqlamayıb.

E.Manafov AİP-in Milli Şurada (MŞ) təmsilçiliyinə də aydınlıq gətirib. Onun sözlərinə görə, AİP müxalifət düşərgəsinin birliyi olan Milli Şurada partiya formatında yox, fərdlər formatında təmsil olunub. Partiyanın bu haqda mövqeyini ilk vaxtlardan mətbuatda açıq ifadə etdiyini bildirib.

AİP-in sədr əvəzi partiyanın bu seçkilərdə hansı namizədi dəstəkləmək fikrinə də aydınlıq gətirib. O, partiyanın həbsdə olan sədri Mövsüm Səmədovun namizədliyi qeydə alınmadıqdan sonra bu variantın ortaya çıxmasına diqqət çəkib. Baş Məclisin bugünki iclasında məsələnin seçkilərdə Ədalət Partiyasının namizədi İ.İsmayılovu, yoxsa MŞ-nın vahid namizədi Cəmil Həsənlini dəstəkləmək şəklində qoyulub. Səsvermə nəticəsində İ.İsmayılova böyük əksəriyyət dəstək verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar