PUTİNƏ ƏSAS TƏHLÜKƏ - O, təkcə vətənpərvərlik üzərində duruş gətirə biləcəkmi?

“Neftin qiyməti Putinin xammal resurslarına söykənən milliyyətçiliyi üçün əsl sınaq olacaq”

Kremldə əyləşən Vladimir Putin öz gücünü əsas etibarilə, iki böyük siyasi təsir mənbəyindən götürür. Bu çox şanslı şəkildə onun prezidentlik dövrünə düşən yüksək neft qiymətləri və regional münaqişələrin qızışdırılmasında istifadə olunan vətənpərvərlik əhval-ruhiyyəsidir. Hazırda neft qiymətləri yüksəkdən atılmış daş kimi aşağıya doğru gedir. İndi görəsən Rusiya prezidenti təkcə vətənpərvərlik ruhu ilə alovlanan xalq kütləsinə ümüd bəslmək hesabına duruş gətirə biləcəkmi?

Keçən on il ərzində neftin qiymətinin yüksəlməsinin iki mərhələsi olub. Həmin yüksəlmə dövrlərindən biri 2008-ci ilin qlobal maliyyə böhranının başlaması ilə sona çatmışdı. İkincisi isə nisbətən zəif idi. Hazırkı qiymət düşüşü Putin üçün çox ciddi təhlükə yaradır. Putin prezident olduqdan sonra dövlətin neft-qaz sənayesi və maliyyə sektoru üzərindəki nəzarəti xeyli dərəcədə sərtləşdirildi.

Öz hakimiyyətinin ilk illərində prezident Putin ona ümüd bəsləyənləri məyus etmədi. Varlı neft ölkəsinin üstünlükləri istehlakı yuxarıya qaldırmağa imkan yaratdı. Əldə edilən pulların bir hissəsi malyyə bazarındakı kanallar üzərindən paylaşdırıldı. Neft qiymətlərinin ikinci bumu (yüksəlişi) isə iqtisadi göstəricilərə çox da böyük təsir göstərmədi. 2012-2013-cü illərdə neftin qiymətinin 100 dollardan yuxarı olmasına baxmayaraq, Rusiya iqtisadiyyatı staqnasiyaya yaxınlaşmışdı.

İnvestisiya çatışmamazlığı iqtisadi böyüməni və istehlak gücünü ləngitməyə başlasa da, neftdən gələn gəlirləri büdcə üzərindən paylaşdırmaq kampaniyası öz ənənəsinə uyğun şəkildə davam etdirilirdi. Çünki büdcədəki neft pullarının əhəmiyyətli hissəsi dövlət sektorunda işləyənlərin məvaciblərinin və pensiyaların artırılmasına, həmçinin də müdafiə xərclərinin yüksəlməsinə sərf olunurdu. İqtisadiyyata bu tərz yanaşmanı hərdən “xammal resurslarına söykənən millətçilik” də adlandırırlar. Belə bir siyasət vaxtilə Səddam Hüseyn dövründəki İraqda və Huqo Çavesin rəhbərlik etdiyi Venesuelada həyata keçirilib. Həmin kursun tərəfdarları özünə qapanma siyasətini əsas götürdükləri üçün onların Qərblə qarşıdurmaya getməsi də qaçılmaz olur. Bu istiqamətdə siyasət yürüdən siyasətçilər özlərini regional lider elan edirlər və onların qonşu ölkələrdə münaqişə törətmək üsulları vətənpərvərlik çağırışları altında baş verir. Xarici ölkələrlə qarşıdurmaya girmək onların ölkə daxilindəki legitimlik mənbəyinə çevrilir. Bu isə daxildə repressiv üsulların gücləndirilməsinə bəhanə yaratmaqla yanaşı, öz müdhiş burulğanının təsir dairəsinə xeyli sayda millətçilik təfəkkürünə malik insan da cəlb edir.

Yumşaq avtoritarizmdən totalitar hakimiyyətə keçid əsasən üç mühüm şərtdən asılıdır - xalqın dəstəyi, elitanın susqun razılığı və böyük sürətlə zəifləməyən iqtisadiyyatın varlığı. Hazırda Rusiyada sadaladığımız bu üç şərtdən ən güclüsü xalqın dəstəyidir. İndi Putinin populyarlıq reytinqi 85%-dir. Belə bir göstərici fikirləri qarışdıra da bilər. Çünki bu cür rəqəmlər avtoritarizm şəraitində çox şübhəli görünür. Elita isə Putinin populyarlığı qarşısında bir qədər sakitləşıb. Prezident üçün ən ciddi təhlükə iqtisadiyyatdır. Ona görə ki, Qərbin sanksiyaları ilə birlikdə neftin qiymətinin də aşağıya yuvarlanması ikili zərbə effekti yaradır.

Kreml tərəddüdlə qarşıdurmanın şiddətləndirliməsi və ya onun sürətinin nisbətən aşağı salınması barəsində düşünür. Bu arada isə hazırkı iqtisadi reallıq daha anlaşılan bir şəkil almağa başlayıb. Ancaq xammal resursları hesabına aparılan millətçilik siyasətinin əyləc mexanizmi yoxdur. Ölkənin təbii sərvətlərini öz əlindən qəti surətdə buraxmaq istəməyən rejimlər rifah yaratmaq bacarığına malik olmurlar. Putin ölkəni xalqın vətənpərvərlik ruhu üzərində siyasət qurmaqla idarə etməyi qarşıya məqsəd qoyub. Bu isə Qərblə münaqişənin daha da aktivləşəcəyi mənasına gəlir.

"The Financial Times"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar