Pensiya yaşını keçən icra başçıları... - SİYAHI + FOTOLAR

Son vaxtlar ölkənin idarəetmə sistemində aparılan kadr islahatlarında müəyyən dəyişikliklərin olduğu nəzərə çarpır. Tətbiq olunan yeni strategiyaya əsasən, indi adı vaxtilə müxtəlif korrupsiya faktlarında hallanan, vəzifəsindən sui-istifadə edən ya da yaşı səbəbilə tutduğu postdan uzaqlaşdırılan şəxsləri daha potensiallı və çevik gənc kadrlar əvəz edir. Sözügedən strategiya və inkişaf xəttinin yerli icra hakimiyyətləri orqanlarında da tətbiq edildiyini görürük. Məsələn, son olaraq ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 34 yaşlı Naim Etibar oğlu Cahidzadə Sədərək Rayon İcra Hakimiiyətinin başçısı təyin edilib. Gənc kadrların idarəetmədə necə təmsil olunduqları, öz vəzifə və öhdəliklərini necə yerinə yertirdikləri başqa bir mövzudur. Ancaq qeyd etməliyik ki, bu gün pensiya yaşının çoxdan ötməsinə baxmayaraq hələ də vəzifədə olan icra başçıları var və onların sayı az deyil.

“AzPolitika” “Axar.az”-a istinadla yaşı 65-i keçən icra başçılarının siyahısını təqdim edir:

1. Eldar Əzizov, Bakı şəhər icra başçısı - 1957-ci ildə anadan olub, 66 yaşı var.


2. Rafil Hüseynov, Ağcabədi rayon icra başçısı - 1953-cü ildə anadan olub, 71 yaşı var.


3. Novruz Novruzov, Siyəzən rayon icra başçısı - 1954-cü ildə anadan olub, 70 yaşı var.


4. Zakir Fərəcov, Sumqayıt şəhər icra başçısı - 1954-cü ildə anadan olub, 70 yaşı var.


5. Rüstəm Xəlilov, Hacıqabul rayon icra başçısı - 1958-ci ildə anadan olub, 66 yaşı var.


6. Şair Alxasov, Qusar rayon icra başçısı - 1958-ci ildə anadan olub, 66 yaşı var.


7. Malik İsaqov, Qubadlı rayon icra başçısı - 1953-cü ildə anadan olub, 71 yaşı var.


8. Alı Alıyev, Füzuli rayon icra başçısı - 1955-ci ildə anadan olub, 69 yaşı var.


9. Mərdan Camalov, Zərdab rayon icra başçısı -1956-cı ildə anadan olub, 68 yaşı var.


10. Bayram Səfərov, Şuşa şəhər icra başçısı - 1951-ci ildə anadan olub, 73 yaşı var.


11. Mübariz Əhmədzadə, Zaqatala rayon icra başçısı - 1947-ci ildə anadan olub, 77 yaşı var.


12. Adil Məmmədov, Qobustan rayon icra başçısı - 1952-ci ildə anadan olub, 72 yaşı var.


13. Tofiq İbrahimov, Ağdaş rayon icra başçısı - 1954-cü ildə anadan olub, 70 yaşı var.


14. Şahmar Usubov, Xocalı rayon icra başçısı - 1953-ci ildə anadan olub, 71 yaşı var.

Xatırladaq ki, Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların isə 63-dür.

“AzPolitika.info”

635x100

Şərhlər

Şəkili 2024-03-09 21:56:32

Şəki İcra başçısı sarıdan bəxti gətirməyib ........................................??? Yazıq Şəki !!!

OXUCU 2024-03-04 23:02:26

Görünür Qanunlar onlara şamil edilmir ? Şəkinin İcra başçısının pensiya yaşına çatmayıb,ancaq ona 80 yaş verərsən. özünü gücnən idaRƏ EDİR !

Rasim Quliyev 2024-03-04 20:20:53

Evez edilmez kadrlardir

İslam 2024-03-04 18:43:33

RÜSTƏM BƏY MAL ORUSUNA OXŞAYIR.

Adam 2024-03-04 17:22:28

Zaqatalaya layiqli bir namized tapılmır, yəgin ........ Vaxtilə reqionun gözü olan bir rayon indi bərbad gündədir. Təəssüf..

Yavər 2024-03-04 16:25:35

....Bu adam Aərbaycan xalqna,Bakı şəhərinə hansı müsbət nəticə verə bilər və ya Bakıya nə xeyri dəyəcək.Halbuji işkədiyi müddətdə hər hansı irəliləyişdən əsər yoxdur.Bunu şəhərdə qış zamanı hazırlıqsızlıq,əhali arasında işsizlik və narazılqlar ətani sübut edit.

Hüseyn Əliyev. 2024-03-04 14:46:18

Yaqub Əyyubov 78 yaş.

Son yazılar