“Putin 9 yaşlı gizli oğlunu hakimiyyətə hazırlayır” – “21 yaşı tamam olan kimi...”

Rusiya Prezidenti Vladimir Putin səhhəti ilə bağlı yayılan müxtəlif iddialar, həmçinin Ukraynadakı müharibənin dalana dirəndiyi bir vaxtda hər kəsdən gizli saxladığı doqquz yaşlı oğlunu gələcəkdə hakimiyyəti ələ alması üçün hazırlamağa başlayıb.

“AzPolitika” xəbər verir ki, belə bir iddia ilə rusiyalı hüquqşünas, keçmiş parlament üzvü və siyasi şərhçi Mark Feyqin çıxış edib.

O, iddia edib ki, Putinin əsas planı oğlu İvanı 21 yaşı tamam olan kimi hakimiyyətə gətirməkdir. 

Feyqin qeyd edib ki, Putinin çoxdankı keçmiş sevgilisi, 40 yaşlı gimnast Alina Kabayevadan iki oğlu var:“Bir oğlunun doqquz yaşı var və onun İsveçrənin Luqano şəhərində doğulduğu deyilir. Onun Vladimir kimi tanınan digər oğlu isə 2019-cu ildə Moskvada anadan olub”.


Feyqin Putini “seksist” adlandırıb və Rusiyanı iki böyük qızı - 38 yaşlı Mariya Voronteva və 37 yaşlı Katerin Tixonovaya təslim etmək fikrində olmadığını deyib. O, Putinin digər “gizli” qızı Luiza Rozovanın da eyni səbəbdən hakimiyyətə gətirilməyəcəyi fikrini irəli sürüb.

Feyqinin sözlərinə görə, bu, hazırda prezidentin ən azı 35 yaşında olmasını nəzərdə tutan Rusiya Konstitusiyasına dəyişikliklər tələb edən bir məsələdir.

O, əlavə edib ki, bu ay keçiriləcək seçkilərdə yenidən seçiləcəyi gözlənilən Putin, totalitar sistem daxilində hakimiyyətin öz ailə üzvlərinə ötürülməsini hədəfləyir: “Yaxın 12 ildə o, sistemdə elə şərait yaratmalıdır ki, onun varislərindən başqa heç kim dövlətin başına keçə bilməsin. Putin 18 yaşlı oğlunun 35 yaşına qədər gözləmək əvəzinə, hakimiyyəti ələ keçirməsi üçün konstitusiyanı bir gecədə dəyişdirə bilər. Bu, Putin üçün ən yaxşı seçimdir”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar