ƏHALİYƏ İKİQAT QİYMƏTƏ SIRINAN KƏRƏ YAĞI - Onu gömrükdən mağazaya çatana qədər 100 faiz bahalaşdıran kimlərdir?

Azərbaycanda idxalçıların və supermarketrlərin qurduğu monopoliya şəbəkələrinin ölkədəki bahalaşmada oynadığı rolu xüsusi izah etməyə ehtiyac yoxdur. Bunun üçün marketlərdəki qiymətlərə nəzər yertirmək və onları digər qonşu dövlətlərlə maüqayisə etmək kifayətdir...

Ölkəmizdə digər ölkələrlə müqayisədə xeyli baha olan məhsullardan biri də kərə yağıdır. Azərbaycana müxtəlif ölkələrdən idxal olunan kərə yağları gömrük keçid məntəqəsindən pərakəndə satış şəbəkələrinə – marketlərə çatana qədər elə “yoldaca” 2 dəfə bahalaşır. Bu da inhisarçılığın xalqımıza verdiyi “töhfələrdən” biridir.

“AzPolitika” xəbər verir ki, ölkədəki kərə yağı bazarında "fed.az"-ın apardığı araşdırmaya görə, kərə yağlarının idxal qiyməti ilə onların müştəriyə satış qiyməti arasında böyük fərq var və bu fərq hər il artmaqdadır. Belə ki, 10 il əvvəl marketlərdə satılan xarici kərə yağının qiyməti ilə həmin yağın idxal qiyməti arasında cəmi 58% fərq var idisə, hazırda bu fərq 100%-i keçib, yəni 2 dəfədən artıqdır.

Belə ki, araşdırmaya əsasən, 2014-cü ildə Azərbaycana gətirilən kərə yağının 1 kiloqramının idxal qiyməti (burada və bundan sonrakı bütün hallarda söhbət il üzrə orta qiymətdən gedir –müəl.) cəmi 4,34 manat olub. Həmin ildə yağın pərakəndə satış şəbəkəsində, yəni marketlərdəki son qiyməti isə 6,86 manat təşkil edib. Başqa sözlə, kərə yağının marketdəki satış qiyməti – onun idxal qiymətindən 2,52 manat artıq olub ki, bu da “cəmi” 58% artım deməkdir.


İlk baxışdan yağın qiymətinin gömrükdən marketə qədər 58% artması yüksək bahalaşma kimi görünə bilər. Amma görünür, həmin vaxt inhisarçılar daha insaflı olublar. Çünki sonrakı illərin rəqəmləri göstərir ki, bu, son 10 ildə ən zəif bahalaşmadır. Sonrakı illərdə qiymətlər daha sürətli artıb.

Devalvasiyaların tar-mar elədiyi 2015-ci ilin iqtisadi göstəricilərini nəzərə almasaq, 2016-cı ildə kərə yağının 1 kiloqramı ölkəyə 5,73 manatdan idxal edilirdi. Həmin yağın marketlərdə satış qiyməti isə artıq 10,57 manatı keçmişdi. Başqa sözlə, market qiyməti ilə gömrük qiyməti arasındda fərq 4,84 manata və ya 85%-ə yüksəlmişdi.

2017-ci ildə bu fərq ilk dəfə 100%-i keçərək 104% təşkil etdi. Bu, o demək idi ki, kərə yağının market qiyməti gömrükdə qeydiyyat qiymətini 2 dəfədən çox üstələyir. 2018-ci ildə bu rəqəm 75%-ə düşsə də, sonrakı illərdə yenidən artıb və 2019-cu ildə 95%-ə, 2020-ci ildə 98%-ə, 2021-ci ildən sonra isə 100%+ə yüksəlib.

Yenicə başa çatan 2023-cü ildə isə kərə yağının market və gömrük qiyməti arasında fərq daha yüksək həddə çatıb – 108%. Yeri gəlmişkən, bu “rekord” münasibəti ilə monopolistlərimizi və supermarket şəbəkələri sahiblərini təbrik edə bilərik!

Ötən il xaricdən Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 597 ton kərə yağı idxal edilib, yəni yağın 1 kiloqramının idxal qiyməti 9,47 manat olub. Onun marketdə satış qiyməti isə ortalama 19,67 manat, yəni gömrük qiymətindən 10,2 manat baha olub.

Təsəvvür edin ki, 2016-cı ildən 2023-cü ilədək kərə yağının idxal qiyməti cəmi 3,74 manat artdığı (9,47 manat – 5,73 manat) halda, onun marketlərdəki satış qiyməti 9,10 qəpik artıb. Yəni, son 8 ildə marketlərdəki qiymətlər gömrükdəki qiymətlərdən 3 dəfə çox artıb.


Bunun əsas səbəblərindən biri ölkədə market şəbəkələrinin sürətlə böyüməsi və ərzaq mallarının satışında marketlər şəbəkəsinin payının artmasıdır. Bu sahədə rəqabətin azalması isə qiymətlərin yüksək səviyyədə saxlanılmasına səbəb olur.

Araşdırma onu da göstərir ki, xaricdən gətirilən kərə yağının idxal qiymətinin dəyişməsi onun marketlərdə satış qiymətinə alıcı üçün daha pis istiqamətdə təsir edir. Yəni, bahalaşma olduqda yağın market qiyməti idxal qiymətindən daha sürətlə artır, yağın idxal qiyməti ucuzlaşanda isə bu, market şəbəkəsində ya ümumiyyətlə hiss olunmur, ya da çox cüzi hiss olunur.

Belə ki, 1 kq kərə yağının idxal qiyməti 2016-cı ildə 5,73 manat, 2017-ci ildə 8,23 manat, 2018-ci ildə 9,78 manat, 2023-cü ildə 9,47 manat, 2022-ci ildə 9,91 manat, 2021-ci ildə isə 8,93 manat olub.

2017-ci ildə yağın gömrük qiyməti 44% artdığı halda, onun market qiyməti 59% artıb. 2019-cu ildə yağın qiyməti gömrükdə 11% ucuzlaşdığı halda, marketlərdə cəmi 1% ucuzlaşıb.

Bir sözlə, kobud desək, Azərbaycan vətəndaşı gömrükdən 5 manata keçən ərzağı mağazada 10 manata almalı olur.

Monopoliyaların at oynatmadığı ölkələrin əksəriyyətində belə bir mənzərə mümkün deyil. Çünki oralarda kimlərinsə əhalinin cibinə girməklə, onsuz da kasıb olan milləti daha da kasıblaşdırmaqla hədsiz dərəcədə varlanmasına göz yumulmur. Azərbacanda isə bu sahəyə cavabdeh qurumlar “qış yuxusuna” gedib. Top atsan belə oyanmazlar ...

C.Məmmədov

“AzPolitika.info”   

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşfiqi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Vətəndaş 2024-04-15 11:21:33

Adı kərə,özü 80 faiz marqarindən ibarət yağın tərkibinikeyfiyyətini nəzərət edən varmı?Kənarda oturub rüşvətini alıb gömrük ölkəyə byraxır,Qida Nəzarət Agenrliyi də yenə rüşvər alıb satışına göz yumur.Hakimiyyət isə sanki bu işlərdən bixəbərdur ". Bunun ağrsını isə xalq çəkir. Buna idarçilik" deyilir..

Mübariz 2024-03-31 17:28:13

Nəzarətin rüşvətə bağlı olduğu,bu səbəblə hakimiyyətin nəzarəti unutduğu ölkədə belə hallar olar.

Cümşüd 2024-03-23 12:04:06

Sahibi dələduz.acgöz olan şəxsin müəssisəsində yatamazlıq olar.

azərbaycanlı 2024-03-17 14:34:21

əşi, gərək kərə yağı yeyəsiniz... bu pazpolitika da çox həyasız bir saytdır, bütün günü hökuməti tərifliyirsiniz, sonra da kərə yağının bahaçılığndan dəm vurursunuz...

ELI-YƏ 2024-03-15 16:27:23

BÖYÜK MARKETLƏRİN BAŞINDA "BRAVO" DURUR. ONA GÖRƏ ÖZBAŞINALIĞA DİQQƏT EDƏN OLMUR.

Bəhram 2024-03-15 09:58:44

Statistika əhalimizin 45%nin kənd sakini olduğu bildirilir!!! Bizim Kərə niyə 5 manatdan yuxarı və ya yol qıraqlarına düzülən tər südümüz 50 qəpikdən bahadır? SSRİ adambaşına bir litrdən çox süd istehsal edir, onun azı yarım litrini yerindən asılı olmayaraq, körpədən hər işçiyə qədər olduğu yerə təqdim edirdi! Sağlamlığın özü ondan başlanırdı! Səhiyyə Nazi, Təbib kim ikili sistemin naməlum idxallarından yox?

ƏNHU 2024-03-15 01:18:23

Sovet dövründə də kərə yağını gedib Gürcüstandan alırdıq. Aradan 40 il keçib, hələ də bir kişi irəli çıxıb bu problemi həll edə bilməyib.

miri 2024-03-15 00:07:13

Bütün yollar Romaya gedir.

Şkoda 2024-03-14 20:30:53

Ərzaq məhsullarının qiymətlərinin artmasının əsas səbəblərindən biri market şəbəkələrinin satış üçün qəbul etdikləri malın üstünə öz faizlərini əlavə etdikdən sonra idxalçılardan yəni mal gətirənlərdən malın marketə qəbul edilməsi üçün ayaqbasdı pulu, malın üzərinə əlavə etdikləri qiymətdən əlavə satışdan faiz, ildə dörd beş dəfə kompaniya adı altında hədiyyələr almaları olur. Bu deyilən üç faktor malın qiymətinin təqribən 50-60%bahalaşmasına səbəb olur.

Elşən 2024-03-14 17:24:46

Bahalaşmanın başında gömrük , keyfiyyətin aşağı salınması isə azərsun olub Azərbaycana gələn yağlar azərsunda palima və keyfiyyətsiz yağlarla qarışdırılıb keyfiyyətli aşağı salınıb satışa buraxılır

Abdulla 2024-03-14 17:12:13

6.86manata 2015-ci ildə hansı marketdə yağ olub?Niyə yalan rəqələrlə ,daizlərə manipulyasoya üdib yaıan yazırsınız.2015-ci ildə marketlərdə kərə yağı adı ilə (əslində omlar saf kərə yağı düyillər) 16-18 mqnqt olub.Kərə yağı ilə satılan yağların çox hissəsinin marqarin olduğu bəllidir.Bu fırıldaqçılığı isə aşkar edən qurum işləmir.Həm Gömrük nəzarəti,həm də AQTA bu sahədəı fəaliyyətsizdirlər.Səbəbi isə monopolistlərin kimliyi ilə sübut olunur.

Tarix-ə 2024-03-14 17:02:44

Antimonopoliya qanunu öz həyətində becərib çörək pulu etmək istəyən vətəndaşlara aidir.Bu qanunu "BRTAVO","BAZARSTOR" və digər iri marketlərə aidiyyatı yoxdur.Çünki Monopoliya onlardadır.Elə bilirsiniz "Azərsunun"məhsulları təmiz və təhlükəsizdir?Kimdir onlara nəzarət etmək cürəri olan və ya kim onları nəzarət etməyə buraxar7onq görə 5 manata başa gələn yağ (hələ təhlükəli ərkibi bir yana) 17-23 manata xalq sırınır.

Mubariz 2024-03-14 15:28:49

Ona görə quru sərhədləri bağlı saxlayırlar ,insanlar özləərrinə qonşu ölkələrdən ərzaq gətirə bilməsin

TARİX 2024-03-14 14:16:40

BƏS ANTİMNOPOL QANUN NƏ ÜCÜN QƏBUL OLUNUB İŞLƏMİR.AİDİYATI STRUKTURLAR HARA BAXIR?.HÖRMƏTLİ MİLLƏT VƏKİLLƏRİ NƏ İLƏ MƏŞĞULDURLAR?...

Rasim Quliyev 2024-03-14 13:53:51

Burda bəzi suallar var 1 cisi o yağların keyfiyyəti yoxlanıb,2 ci sual AQTA yağların tərkibində olduğunu bilir.Südün litri 1,40 dır yağın kilosu 16-17 den başlayır.Bu necə olur pulu veririk amma nə verdiyimiz pula uyğun keyfiyyətli məhsul ala bilmirik.Hamı qazdıyır xalqı

Eli 2024-03-14 12:35:54

Bunların hamısının kökünde son iller ölkede yaranmış böyük Marketler şebekelerinin rehberlerinin milletin halal haqqına tüpürmelerinin ve müvafiq qırumların onlara “lebbeyk ağa” demelerinin neticesidir.

Son yazılar