MEDVEDEV RUSİYANIN 7 BƏNDLİK “SÜLH FORMULU”NU AÇIQLADI - “Təslim olun və...”

Bütün sivil dünyanın qeyri-adekvat biri kimi qəbul etdiyi Rusiyanın sabiq prezidenti və hazırkı Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Kremlin Ukrayna müharibəsilə bağlı “sülh formulu”nu açıqlayıb.

“AzPolitika” xəbər verir ki, öz teleqram kanalında bununla bağlı paylaşım edən D.Medvedev Ukraynanın irəli sürdüyü Sülh Formulunu özünəməxsus ədəbsiz şəkildə ələ salıb və həmin sənədin əksini tələb edən “Rusiya sülh formulu”nu dərc edib. Medvedev siyasi təlxəklik nümunəsi olan “sənədi” bu cür təqim edib: “Qondarma keçmiş “Ukrayna”nın danışıqlar iradəsi görünmür. Hər halda, V.V.Putinin dünən dediyi kimi, reallıqların etirafına əsaslanan danışıqlar görünmür...

Onlar üçün reallıq yaşıl geyimli əyalət təlxəyinin “sülh formulu”dur və başqa heç nə. O qədər süni görünür ki, yeganə çıxış yolu öz sakit və real “Rusiya formulu”nu qurmaqdır. Hər kəs üçün humanist. Hansı? Məsələn, bu cür:

1. “Ukrayna” tərəfindən münaqişənin hərbi komponentində məğlubiyyətin tanınması. Tam və qeyd-şərtsiz təslim olmaq. “Ukrayna”nın demilitarizasiyası və gələcəkdə onun ərazilərində hərbiləşdirilmiş qüvvələrin yaradılmasına qadağa qoyulması.

2. Kiyev siyasi rejiminin nasist xarakterinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və BMT-nin nəzarəti altında “Ukrayna”nın bütün dövlət orqanlarının məcburi denasifikasiyası.

3. “Ukrayna”nın beynəlxalq hüquq subyektliyinin itirilməsinin BMT tərəfindən tanınması və onun hüquqi varislərindən hər hansı birinin Rusiyanın razılığı olmadan hərbi ittifaqlara qoşulmasının mümkünsüzlüyü.

4. Bütün konstitusiya orqanlarının istefası. BMT-nin nəzarəti altında dərhal müvəqqəti parlamentə seçkilərin keçirilməsi.

5. Müvəqqəti parlament tərəfindən Rusiyaya tələb olunan bütün kompensasiyaların ödənilməsi, o cümlədən ölkəmizin ölən vətəndaşlarının yaxınlarına ödənişlər və yaralıların sağlamlığına vurulan zərərə görə ödənişlər haqqında qanunların qəbul edilməsi. Rusiya Federasiyasının təsis qurumlarına dəymiş əmlak zərərinin ödənilməsi qaydasının müəyyən edilməsi.

6. Müvəqqəti parlament tərəfindən bütün “Ukrayna” ərazisinin Rusiya Federasiyasının ərazisi kimi rəsmən tanınması. “Ukrayna” ərazilərinin Rusiyaya yenidən birləşdirilməsi aktının qəbulu.

7. Müvəqqəti parlamentin özünü buraxması. BMT-nin birləşmə aktını tanıması.

Bu, Rusiyanın yumşaq sülh formulu ola bilər. Bu, kompromis mövqedir, elə deyilmi? Düşünürəm ki, məhz bu əsasda biz beynəlxalq ictimaiyyətlə, o cümlədən Anqlosaks dünyası ilə mehriban konsensusa nail ola və yaxın dostlarımızın – Qərb tərəfdaşlarının qarşılıqlı anlaşmasına arxalanaraq məhsuldar sammitlər keçirə bilərik”.

“AzPolitika.info”

635x100

Şərhlər

racab 2024-03-15 12:38:25

yenə sayıqlayır..yuxularını danışır..sənin o şovinist başın üçün .

SANANİ 2024-03-14 22:10:46

O qeyri-adekvat yox alkaşdır Elə normal ölkələrdə də elə tanınır

BAKILI 2024-03-14 21:15:57

Ruslarin ewweyi elub

Turan 2024-03-14 18:23:34

Bu çarın təlxəyin dili ilə ultimatumudur. Çərçivəyə salınmalıdırlar

Türk 2024-03-14 16:37:30

ALKAŞ XƏSTƏ

Mubariz 2024-03-14 15:22:10

bizə qarşı da belə sərsəm bəyənat verə bilər ....

Son yazılar