“Nağıl kimi uğurun bir addımlığında...” - Dünya mediası “Qarabağ”dan yazır

Son Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın “Bayer Leverkuzen” komandasına son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

“AzPolitika” “Offsideplus.az”-a istinadla xəbər verir ki, məşhur idman saytları təmsilçimizin oyunu barədə paylaşımlar edib.

Həmin paylaşımlardan başlıqları təqdim edirik:

“Daily Sports”: “Qarabağ” nağıl kimi uğurun bir addımlığında idi. “Bayer”dən möhtəşəm geridönüş;

“BR Football”: “10 nəfərlə oynayan "Qarabağ" 2:0 hesabı ilə “Bayer”ə qalib gəlməyə çox yaxındır ("Qarabağ"ın 2:0 hesablı üstünlüyü zamanı).

“BBC Sport”: “Bayer”in məğlubedilməzlik seriyası davam edir. Xabi Alonsonun komandası 70-ci dəqiqəyə qədər Azərbaycan klubuna 0:2 uduzurdu”.

“Socrates”: “Bayer”in məğlubiyyətsizlik seriyasını bitirməyə ən çox onlar yaxınlaşdı – “Qarabağ FK”.

“TRT Sports”: “Qurban Qurbanovun "Qarabağ"ı Avropaya damğa vurdu, amma olmadı”.

“bbc.com”: "Bayer Leverkuzen" "Qarabağ"ı dramatik şəkildə məğlub edərək Avropa Liqasının 1/4 finalına yüksəldi.

“Relevent Sports”: “Bayer” "Qarabağ" tərəfindən mübarizədən kənarlaşdırılmağa çox yaxın idi. Son dəqiqələrdə vurulan 2 qol Xabi Alonsonun komandasını xilas etdi”.

“Beinsports.com”: "Bayer" Leverkuzen əsas vaxtda iki qol vuraraq “Qarabağ”ı məğlub edib və məğlubiyyətsiz qaldı.

“Vavel.com”: "Bayer toparlanmağı bacardı və bəxti gətirdi ki, hakim vaxtı 10-cu dəqiqəyə qədər uzatdı”.

“Flashscore.com”: “Patrik Şikin qəhrəmanlığı "Bayer"ə "Qarabağ" üzərində qələbə qazandırdı”.

“Goal.com”: “Xabi Alonso ölümsüzdür! "Bayer Leverkusen" inanılmaz 37 oyunluq məğlubiyyətsizlik seriyasını qorudu”.

“espndeportes.com”: “Frimponq və Şikin qolları Almaniya təmsilçisinə yüksək xəyallar qurmağa imkan verdi”.

“Marca.com”: “Xabi yenə sarsılmadı - "Bayer Leverkusen" ilk oyunda olduğu kimi geri dönüş etdi”.

“Fanatik.com.tr”: “Bayer Leverkuzen" - "Qarabağ" matçında taleyin dönüşü! Azərbaycan təmsilçisi son anda məğlub oldu”.

“Sportbox.ru”: "Bayer" "Qarabağ"ı əsas vaxtda məğlub edərək, Avropa Liqasının 1/4 finalına yüksəlib”.

“AzPolitika.info”

635x100

Şərhlər

Watchman 2024-03-15 12:00:36

Vaxt var idi oyunu Şahruddin korlayırdı. Sonra estafeti Elvin Cəfərquliyevə ötürüb getdi. Indi də hamı aylarla, illərlə bağırmalıdır ki, "Ay məşqçi, bunu komandadan qov geysin". Bilmirsən bilməyərək edirlər, yoxsa satılıblar.

Son yazılar