“91-lər”in tanınmış nümayəndəsi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq elmi-tədqiqat mərkəzinin direktoru, professor Əsədulla Qurbanov vəfat edib.

Universitetdən verilən xəbərə görə, Əsədulla Qurbanov 1936-cı ildə Balakən rayonunun Katex kəndində anadan olub. 1954-cü ildə Katex kənd orta məktəbini bitirib. 1961-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub.

O, 1976-cı ildə “fəlsəfə elmləri namizədi”, 1978-ci ildə “dosent”, 1992-ci ildə “fəlsəfə elmləri doktoru”, 2002-ci ildə “professor” elmi adlarını qazanıb.

Görkəmli alim, tanınmış ictimai-siyasi xadim Əsədulla Qurbanovun tədqiqat sahəsi Azərbaycanda islamşünaslığın konsepsiyası olub.

O, 1957-1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyində məsul əməkdaş işləyib. 1973-1978-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi, 1978-1984-cü illərdə isə Azərbaycan Dövlət və İncəsənət Universitetində dosent işləyib. 1984-cü ildən indiyədək BDU-da əvvəlcə dosent, sonra isə professor vəzifələrində çalışıb. 5 monoqrafiya, 10 kitabın müəllifi idi. Onun rəhbərliyi ilə 10 elmlər namizədi, 3 elmlər doktoru yetişib.

Əsədulla Qurbanov “91-lər”in tanınmış nümayəndələrindən idi.

Qeyd edək ki, 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, YAP-ın “qızıl fondu” elan olunmuş 91 nəfər tanınmış ziyalılar “91-lər” adlandırılır.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Həqiqət 2024-03-18 15:56:54

Bunlların elə 1991-də başlarına daş düçşydi.Hacıbaa da 91 idi.Nə işə yaradı?Rüşvət yığdı,xaricə çıxardı,xaricdə şirkət açdı,mülk aldl.Guya bunlar alq adamları idi? Sadəcə banda üzvləri olubar.

Son yazılar