“Putin müharibə tələsindən hələ uzun müddət çıxa bilməyəcək” – “Azərbaycan hərbi kontingenti çıxarmağa nail olmalıdır”

“Rusiyada prezident seçkisi arxada qaldı. Rəqabət olmadı. Nəticə əvvəlcədən bəlli idi. Vladimir Putin hakimiyyətini uzatdı. Onun daxili və xarici siyasətində dəyişən heç nə olmayacaq. O, hakimiyyətdə olduğu 20 ildən çox müddətdə Rusiya iqtisadiyyatını şaxələndirə bilmədisə, ölkə ancaq enerji resurslarının satışından asılıdırsa, bu durum gələcək illərdə də davam edəcək”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiyada keçirilmiş prezident seçkilərindən sonra Rusiyanın daxili və xarici siyasətindəki mümkün dəyişiklikləri şərh edərkən bildirib.

Ekspert hesab edir ki, qarşıdakı dövrdə Rusiyanın enerji resurslarının satışında çətinlikləri artacaq: “Rusiya Ukrayna müharibəsinə görə Avropaya sata bilmədiyi neft və qazını Çin və Hindistana yönəldib. Ancaq Hindistan Rusiya neftinin alışını azaldıb, Çin isə Rusiya qazını ucuz qiymətə almağa çalışır. Bu amillər Rusiyanın gələcək illərdə gəlirlərini azaldacaq. Vladimir Putin və onun hökumətinin işini çətinləşdirən Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrdir. Putin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməkdə “qətiyyətini” davam etdirsə də, müharibənin Rusiyaya vurduğu zərərləri də hesablamaq məcburiyyətində qalacaq. Rusiyanın müharibədə itkiləri yüzminlərlədir, maliyyənin böyük hissəsi savaşa xərclənir, sosial məsələrin həlli arxa plana keçib. Digər tərəfdən ABŞ və Avropa İttifaqı müharibəni Rusiyanın xeyrinə bitirməyə imkan verməməyə çalışacaq. Bu isə o deməkdir ki, Putin müharibə tələsindən hələ uzun müddət çıxa bilməyəcək”.

Təhlilçi hesab edir ki, Putin hakimiyyətdə olduğu dövrdə Rusiyanın Qərb ölkələri ilə münasibətləri normallaşmayacaq. Onun sözlərinə görə, Putin Qərb ölkələrindən heç birinə səfər edə bilməyəcək. “Rusiya vətəndaşları üçün də Qərb ölkələrinə səfərlər və bu ölkələrdə iş qurmaq məhdudiyyətləri qüvvədə qalacaq. Bu, Rusiya vətəndaşları və biznesmenləri üçün diskomfort yaratsa da, onlar Vladimir Putinin hakimiyyətinə qarşı çıxmağı düşünmürlər. Rusiyada 1990-cı illərdən fərqli olaraq alternativ fikir yürütmək, hakimiyyətin siyasətini tənqid etmək həyat üçün risklidir. Buna görə də Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə Putinin siyasəti barədə fərqli düşünənlər olsa da, Rusiya cəmiyyətinin əksər hissəsi Putinlə yola davam etmək istəyir. Rusiyada yaxın illərdə inqilabi dəyişikliyin olmayacağını Qərbdə də qəbul ediblər”, - politoloq vurğulayıb.

Elxan Şahinoğlu Vladimir Putinin Cənubi Qafqaz siyasətinun də olduğu kimi davam edəcəyi qənaətindədir: “Putin Azərbaycanla tərəfdaşlıqda maraqlıdır, ortaq layihələr var. Kreml sahibi Rusiyadan uzaqlaşmaq istəyən Ermənistan hakimiyyətinə isə çətinliklər yaradacaq. Putin gələcək illərdə Ermənistanda güc yolu ilə hakimiyyət dəyişikliyinə nail olarsa, Kremlin Cənubi Qafqaz siyasətində yenidən Ermənistana ağırlıq verəcəyi mümkündür. Azərbaycan həmin günü gözləmədən Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasına nail olmalıdır”.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Vuqar Məmməd-oglu 2024-03-19 01:55:54

PUTİNİ ELƏ OYUNA SALMAYİBLAR Kİ,BELƏ ASANLİQLA O OYUNDAN QURTULA BİLSİN 2 YOL VAR 1.YA UKRAYNA İSGAL OLUNMALİ 2.YA DA PUTİN MƏHV EDİLMƏLİDİ! 2.Cİ YOL DAHA AGLABATAN GORSƏNİR CUNKİ 2 İL DUSMƏNLƏ CARPİSAN UKRAİNLƏR ARTİQ NECƏ DOYUSMƏK LAZİM OLDUGUNU BİLİRLƏR ,UKRAYNA COX BOYUK ƏRAZİYƏ MALİK 1 DOVLƏTİR İNSAN RESURSLARİDA YETƏRİNCƏDİ!MƏN 2024 İLİN PUTİNC İLƏR UCUN COOX CƏTİN OLACAGİNİ TAM ƏMİNLİKLƏ SOYLƏYİRƏM AMERİKADA HAKİMİYYƏT DƏYİSİKLİYİ OLSA BELƏ HEC NƏ DƏYİSMƏYƏCƏK!

Son yazılar