Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır

“Biz bu yay İraqla sərhədin təhlükəsizliyini tam təmin edəcəyik. Suriyada yarımçıq qalan işimizi tamamlayacağıq”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsgərlərlə iftar yeməyində bildirib.

Onun sözlərinə görə, terror təşkilatlarına qarşı mübarizə davamlı və qətli şəkildə aparılacaq: “Biz ölmək, yox olmaq ərəfəsində olan bu müqaviləli qatil dəstələrinin yenidən çiçəklənməsinə və yenidən millətin başına bəla olmasına imkan verməyəcəyik. Məqsədimiz övladlarımıza terrorun qaranlıq kölgəsindən tamamilə azad, yolu və bəxti aydın olan Türkiyəni çatdırmaqdır”.

Ərdoğan əlavə edib ki, Türkiyə son illər müdafiə sənayesi sahəsində böyük uğurlar əldə edib: “Hazırda hədəf insansız sualtı qayıqlar hazırlamaqdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar