"İsrail və HAMAS arasında gedən danışıqlar dalana dirənib" - Hakan Fidan

"Qəzzada atəşkəsə nail olmaq üçün İsrail və HAMAS arasında gedən danışıqlar dalana dirənib".

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində bildirib.

O qeyd edib ki, bölgədə sülhə nail olmaq üçün müstəqil Fələstin dövlətinin təsis edilməsi şərtdir.

Nazir Qəzzaya humanitar yardımların çatdırılmasının qarşının açılmasının da mütləq olduğunu vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar