"Ukraynadakı münaqişənin 2024-cü ildə bitəcəyini gözləmirik" - Türkiyənin XİN başçısı

"Türkiyə Ukraynadaki işğalı rədd edir, lakin müharibəyə artıq son qoyulmalıdır".

Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Türkiyə sülh çağrısı edən nadir ölkələrdəndir. Nazirin sözlərinə görə, müharibənin bütün bölgəyə yayılması və atom silahından istifadə riskindən narahatdır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, 2024-cü ildə Ukrayna böhranının həllini gözləmək lazım deyil.

“Çox baha başa gələn boks görüşü gedir. Münaqişənin digər regionlara, Şərqi və Mərkəzi Avropaya sıçraması təhlükəsi var, nüvə silahından danışılır. Biz görürük ki, Avropada bir sıra siyasətçilər tədricən riskləri dərk etməyə başlayırlar.

Avropa bizdən daha çox narahat olmalıdır. Ancaq 2024-cü ilə gəlincə, düzünü desəm, həll üçün əsas görmürük”, - deyə o, bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar