Şimali Koreya Rusiyaya 7min konteyner silah-sursat, mərmi göndərib

2023-cü ildən Şimali Koreya Rusiyaya (KXDR) sursat və digər hərbi texnikanın olduğu 7 minə yaxın konteyner göndərib.

“AzPolitka” xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Şin Vonsik bildirib. Nazir bu açıqlamanı Cənubi Koreya ordusunun KXDR-in Yapon dənizinə doğru qısa mənzilli ballistik raketlər atdığını elan etməsindən bir neçə saat sonra verib.

Onun sözlərinə görə, Şimali Koreya əvvəlcə gəmilərə güvənsə də, indi silah tədarük etmək üçün getdikcə daha çox dəmir yollarından istifadə edir. Şin Vonsik deyib ki, Pxenyana hərbi dəstək müqabilində Rusiyadan 9000 konteynerdən çox yardım alıb.

ABŞ və Cənubi Koreya Şimali Koreyanı Ukraynadakı müharibə dövründə Rusiyaya mərmi və digər hərbi yardımlar göndərməkdə ittiham ediblər. Həm Rusiya, həm də Şimali Koreya bu ittihamları rədd edib.

Fevral ayında “The New York Times” yazıb ki, Rusiya döyüş sursatı müqabilində KXDR-ə qlobal maliyyə sisteminə çıxış əldə etməyə icazə verib, həmçinin Şimali Koreyanın BMT-nin sanksiyalarına məruz qalan bəzi aktivlərini blokdan çıxarıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar