Stoltenberq Ermənistana səfər edib

NATO Baş katibi Yens Stoltenberq Ermənistana səfər edib.

APA "armenpress"ə istinadən xəbər verir ki, Baş katib Stoltenberqi Yerevanın “Zvartnots” hava limanında Ermənistan müdafiə nazirinin müavini və xarici işlər nazirinin müavini qarşılayıblar.

NATO Baş katibi səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vaaqn Xaçatryanla görüşəcək.

Xatırladaq ki, Stoltenberq regiona üç günlük səfəri çərçivəsində Bakı və Tbilisidə görüşlər keçirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar