Zəngəzurda 4 erməni yanaraq öldü

Ermənistanın Sünik (Qərbi Zəngəzur – red.) rayonunda baş qəzada 4 nəfər ölüb.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Sünik Xilasetmə Böhran Vəziyyət İdarəsi Mərkəz 19-da saat 05:40 radələrində avtomobilin yanması ilə bağlı məlumat daxil olub.

Məlum olub ki, Sisian-Gorus yolunun səkkizinci kilometrliyində “Opel” və “VAZ” markalı avtomobillər toqquşdu, nəticədə sonuncu avtomobildə yanğın baş verib. Yanğın saat 06:30-da söndürülüb, avtomobil tamam yanıb. Xilasedicilər “VAZ” markalı avtomobildə olan 4 nəfərin meyitini aşkar edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar