"Ermənistan NATO ilə tərəfdaşlığı dərinləşdirməkdə maraqlıdır" - Paşinyan

Biz NATO ilə mövcud siyasi dialoqu davam etdirməkdə maraqlıyıq.

APA xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan İrəvanda NATO Baş katibi Yens Stoltenberqlə mətbuata birgə bəyanatında deyib.

O qeyd edib ki, Ermənistan NATO və onun üzv ölkələri ilə tərəfdaşlığı dərinləşdirməkdə maraqlıdır:

“Ümid edirik ki NATO-Ermənistan tərəfdaşlıq formatı və bu çərçivədə proqramlar yaxın zamanda təsdiqlənəcək.

Regionda yaranmış yeni reallıqlar fonunda bizim üçün Ermənistanın dayanıqlılığını gücləndirmək və müvafiq müdafiə imkanlarını inkişaf etdirmək çox vacibdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar