Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçirilir

Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclası keçirilir.

APA "Associated Press"ə istinadən xəbər verir ki, iclas ABŞ-nin müdafiə naziri Lloyd Ostinin çağırışı ilə keçirilir.

Ramşteyn formatında əvvəlki görüş fevralın 14-də baş tutub, bunun ardınca Ukraynanın tərəfdaşları hava hücumundan müdafiə yardımı və pilotsuz uçuş aparatları ilə bağlı koalisiyanın işə salındığını elan ediblər.

ABŞ müdafiə naziri Lloyd Ostin ölkəsinin Ukraynanın Rusiyaya qarşı müharibə səylərini dəstəkləməyə davam edəcəyinə söz verib.

Qeyd edək ki, Ukrayna nümayəndə heyətinə ölkənin müdafiə naziri Rüstəm Umerov başçılıq edir. Bu görüşdə Ukrayna üçün prioritetlər hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlərin, uzaqmənzilli raketlərin verilməsidir, xüsusilə 155 mm kalibrli artilleriya mərmiləri, müasir EW və PER sistemləri, zirehli texnikalar müzakirə mövzusudur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar