Bakı sakini “5X” lotereyasında 100 000 manat qazandı - VİDEO

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın ”Poz-Qazan” oyunu “5X”də böyük uduş qazanılıb. Novruz bayramı öncəsi bəxti gətirən Bakı sakininə 100 000 manat qismət olub.

Uğurlu bilet Kukla teatrının yaxınlığında yerləşən satış nöqtəsindən alınıb. Əli düşərli satıcı Nihat Bayramlı isə belə gözəl bir hadisəyə vəsilə olduğu üçün məmnunluğunu qeyd edib.

Qiyməti 5 manat alan “5X” ani lotereyasında böyük uduş 100 000 manatdır.

Şans oyunlarında yalnız 18 yaşı tamam olan şəxslər iştirak edə bilərlər. “Azərlotereya”nın digər “Poz-Qazan ”biletlərində 200 000, 100 000, 75 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar şanslı qaliblərini axtarır. 

Biletləri “Misli” və “Azərlotereya” satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür. 

635x100

Şərhlər

dadaşyev 2024-03-20 12:45:20

Əşi bu saxta lotereyalar da lap zəhləmizi tökdü ee qaqaşcanı.Camaatın onlara inamı itən vaxtlarda “udulur” yüksək uduşlar nədənsə.Həm də bayramqabağı və camaatın gur gediş-gəlişi olan yerlərdəki satış məntəqələrindən alınmış olur.Bundan əvvəlki guya Azi-nin böyründə,minlərlə ac universitet tələbəsinin oxuduğu yerin yanında bilet alıb udubmuş ki tələbələr də alıb bəxtlərini sınasınlar. Bu da bulvarın tam göbəyindən alıb,kulka teatrı həndəvərindən. Millət batyramda sel kimi axışır axı bulvara, o üzdən ordan alıb udub yəni.Elə isə siz də alın,onun kimi udun yəni.Növbəti “uduş” sahibi 20 yanvardan,ya da Xalqlar Dostluğu həndəvərindən almış olacaq bileti hərhalda.Oralarda da tünlük olur həmişə.

Son yazılar