ÖLKƏNİN BAŞ NOTARİUSU İŞDƏN ÇIXARILDI - Əmr imzalanıb + FOTO

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini, Notariat İdarəsinin rəisi Mehman Soltanov vəzifəsindən azad edilib.

“Qaynarinfo”nın verdiyi məlumata görə, Mehman Soltanov müvafiq əmrlə vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Qeyd edək ki, 1958-ci ildə Göyçay rayonunda anadan olan Mehman Nəsir oğlu Soltanov uzun illər Ədliyyə Nazirliyində çalışıb. 1993-2003 illərdə Ədliyyə Nazirliyində dövlət notariusu kimi fəaliyyət göstərib. 2003-cü ildən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinin rəisinin müavini və Notariat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Mehman Soltanov çalışdığı dövr ərzində müxtəlif mükafatlarla təltif olunub. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2018-ci ildə “Ədliyyə Nazirliyinin 100 ilik yubileyi” medalı ilə təltif edilib.

Xatırladaq ki, 27 fevral 2024-cü ildən Fərid Əhmədov ədliyyə naziri təyin olunub.

635x100

Şərhlər

Nəbi 2024-03-21 00:11:50

Mehman Soltanovu niyə çıxarırlar ki? Şəkidə yenə də Xətai Səmədovun özbaşınalıqları davam edir. Məgər onun Xətai Mehman Soltanova arxayındır? Xeyr, onun kimə arxayın olmasını hamı çox gözəl bilir?

Watchman 2024-03-20 00:02:48

Nə tez təqaüdə göndərmisiz... Gözləyərdiz heç olmasa cavan kadrımızın 80 yaşı tamam olardı.

ƏNHU 2024-03-19 17:30:40

Qəzetlərə tapşırılıb ki, üzdə olan məmurlar pensiyaya çıxanda onları cəmiyyətə islahatın güdazına getmiş məmurlar kimi təqdim etsinlər. "tak cto" bu kişi işdən çıxarılıb-zad edilməyib, sadəcə daha rahat həyata- təqaüdə göndərilib.Bu işdən çıxarılmaq demək deyil. İşdn çıxarılmaq ayrı cür olur.

Son yazılar