RUSİYANIN ƏN İRİ İES-lərindən BİRİ VURULDU - VİDEO

Məlum olduğu kimi, bir neçə gün əvvəl Rusiya Ukraynanın Dnepr çayı üzərindəki ən iri SES-inə raket zərbələri endirib. 

“AzPolitika” Rusiua KİV-lərinə istinadla xəbər verir ki, buna cavab olaraq, martın 25-nə keçən gecə Ukrayna PUA-ları Rusiyanın cənubundakı ən böyük İstilik Elektrik Stansiyasına – “Novoçerkassk QRES”-ə hücum edib.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, hücumdan sonra elektrik stansiyasının transformator yarımstansiyasında yanğın baş verib: “Yanğın səbəbindən 330 kV-luq yüksək gərginlikli xətlər - Tixoretskaya və Rostovskaya avtomatik olaraq söndürülüb. Hazırda istehlakçıların enerji təchizatı bərpa olunub. Elektrik Stansiyasının iki enerji bloku müvəqqəti olaraq istismardan çıxarılıb”.

“Baza” telegram kanalının məlumatına görə, stansiyaya hücumda bir neçə PUA iştirak edib, onlardan birincisi gecə saat 2:30-da obyektə hücum edib.

Rusiya Müdafiə Nazirliyi martın 25-nə keçən gecə Rostov vilayəti səmasında Ukraynaya məxsus 11 PUA-nın vurulduğunu bildirib. Lakin nazirliyin məlumatında elektrik stansiyasının vurulması barədə heç nə deyilmir.

Qeyd edək ki, Novocherkassk İES Rusiyanın Birləşmiş Enerji Sisteminin ən böyük istilik elektrik stansiyalarından biridir. 1965-ci ildə istifadəyə verilmiş stansiya Novoçerkassk şəhərində, Rostovdan 53 km məsafədə yerləşir.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar