MOSKVADAKI TERAKTIN BAŞÇISI BELƏ SAXLANILIB - Ağacda gizlənibmiş... + VİDEO

Sosial şəbəkələrdə martın 22-də Moskvadakı "Crocus City Hall”-da törədilən teraktın iştirakçısı və həmin qrupun lideri olan Tacikistan vətəndaşı Dalerjon Mirzoevin saxlanma anını əks etdirən görüntülər yayılıb.

“AzPolitika” xəbər verir ki, o, Bryansk vilayətində yerləşən meşəlik ərazidə saxlanılıb. 

Paylaşılan kadrlardan da məlum olur ki, Mirzoev polis əməkdaşlarından yayınmaq üçün ağacda gizlənib. Lakin axtarışlar zamanı onun yerini müəyyən etmək mümkün olub. Sözügedən videoda Mirzoevin saxlanılarkən fiziki şiddətə və psixoloji təzyiqə məruz qaldığı görünür.

Qeyd edək ki, Mirzoev "Crocus City Hall”-dakı teraktın ardından digər qrup üzvləri - Murodali Rachabalizoda, Muhammadsobir Fayzov və Şəmsidin Fəriduni ilə birlikdə izdihamın içinə qarışaraq ərazini tərk etməyə nail olub. Onlar ağ rəngli “Renault” markalı avtomobilə əyləşərək gecə saatlarında Bryansk vilayətinə doğru hərəkət ediblər.

“Renault” avtomobilindəki 4 terrorçu hadisə yerindən uzaqlaşa bilsələr də, hüquq-mühafizə orqanları onları Bryansk vilayəti, Karaçevski rayonunun Xatsun kəndi yaxınlığında aşkar edə biliblər. Polisin “dur” tələbinə əməl etməyən avtomobil təqib və davamlı atəş nəticəsində aşıb və terrorçular maşını tərk etmək məcburiyyətində qalıb.

Terrorçu olduğu ehtimal edilən biri yerindəcə saxlanılıb, qalanları isə meşəyə qaçıb. Onların meşədəkı axtarışı isə uzun çəkməyib. Terrorçulardan biri yorulduğundan qaçmağa davam edə bilməyəcəyini anlayıb və ağaca dırmaşaraq gizlənməyə çalışıb. Amma onun gizlənmək cəhdləri uzun sürməyib və bir neçə saatdan sonra yaxalanıb. Daha sonra isə onun dostlarından biri meşədə, digəri isə dərə kənarında saxlanılıb.

“AzPolitika.info”


635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2024-03-25 16:54:29

Terror bir beladır. Bütün hallarda terroru nəhlətləyirik. Unutmamalıyıq ki, terroru maliyyələşdirənlər, tehrik və təşkil edənlər bitməyincə birini ağacda, birini dərədə tutmaqla bitməzlər. Bu həm də müxtəlif güç mərkəzlərinin bir-birlərini çökürtmək üçün ən namərt bir vasitədir. Ona görədir də Qardaş Türkiyə 50 ildir bununla tək başına mübarizə aparır və bitirə də bilmir. Çünki Türk duşmanları hələ də pəs etməyiblər və sanırlar ki, bununla hədəflərinə çatacaqlar. Asla Amm asadəcə dinc insanlar və devlət bundan çox zərər görür. Ona görə də Erdoğan her vaxt deyir ki, ey terroru bəsləyənlər unutmayın bu terror bir gün sizə də evinizə də gələcəkdir. Buyurun Rusiyaya gəldi artıq. Bu qədər düşməni olan Rusiyaya gəlməsi də gözlənilən idi. Çünki, duşman başara bilmədikdə daha da yırtıcı metodlara əl atar. Biz Azər baycan olaraq, Türkiyə olaraq son yüz ildə çox yaşadıq və bu gün də yaşamaqdayıq. Ona görə terrorla qarşı-qarşıya qalan devlət də, onların siravi vətəndaşlar da bu məsələdə bir olmalı, hər an ayıq və gözü açıq olmalıdırlar.

Son yazılar