"ORTADA KİFAYƏT QƏDƏR BÖYÜK BİR TƏŞKİLAT VAR" - Niyə Lənkəranın icra başçısını öldürmək istəyiblər?

Xəbər verdiyimiz kimi, Azərbaycanda terror aktları planlaşdıran şəxs həbs edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.

Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl DTX tərəfindən həyata keçirilən əməliyyatla böyük bir terror aktının qarşısını aldığını bildirib.   

"Bir neçə gündən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan xüsusi xidmət orqanlarının 105 illik yubileyidir. Yubiley ərəfəsində çox uğurlu əməliyyat həyata keçirilib, terrorun qarşısı alınıb. Əgər bütöv bir bölgədə, respublikada bu terror icra olunsa idi, ciddi səs-küy yaradacaq, sabitliyə böyük bir zərər verəcək, narazılıqlar yarada biləcəkdi. Lakin sui-qəsdin, terror aktının qarşısı alınıb. Buna görə keçmiş həmkarlarımı təbrik edirəm. Onlar öz peşəkarlıqlarını bir daha sübut etdilər" - deyə, o, "musavat.com"-a  açıqlamasında qeyd edib. 

İLHAM İSMAYİL.jpg (83 KB)

Ekspert  Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı planlaşdırılan sui-qəsd cəhdi ilə bağlı qeyd edib: "Bu haqda informasiyanı alan kimi ilk diqqət çəkən məqam yerin seçilməsi oldu. Yəni burada icra başçısına aid bir şey yoxdur. Burada yer məsələsi - Lənkəran var. Əgər Lənkəranın icra başçısı konkret olaraq hansısa hərəkətlər etmiş olsaydı, kütləvi narazılığa səbəb olsaydı onda deyə bilərdik ki, ola bilər bölgədə yaşayan kimsə qisas almaq istəyir və sair. Amma burada konkret olaraq ilk ağıla gələn qonşu İran oldu. Çünki cənub bölgəsində xüsusi gərginlik yaratmaq, bir neçə ay bundan əvvəl də "Talış-Muğan Respublikası" deyilən tədbir keçirmək və onu yaymaq, erməni separatizmi bitəndən sonra cənubda separatizm əhval-ruhiyyəsini qaldırmaq istiqamətində, bütövlükdə Azərbaycanda sabitliyi pozub, gərginlik yaratmaq, dövlət orqanlarına aid şəxsi və yaxud məhz cənub bölgəsində yaşayan xarici vətəndaşın öldürülməsi ilə bağlı sifariş yalnız və yalnız qonşu İrandan gələ bilər. Üstəlik, bu, hansısa qeyri-dövlət təşkilatının deyil, elə İran dövlətinin özünün sifarişləridir.

O ki qaldı Livanla əlaqələrə, Livan erməni lobbisi ilə fars lobbisinin İran dövləti ilə çox ciddi əlaqələri var. Onların da hamısının hədəfində Azərbaycan dayanır".

EKSER SON .png (962 KB)

İlham İsmayılın sözlərinə görə, Bəhruz Əskərovun hansı milliyyətdən olmasından asılı olmayaraq, belə bir terror hadisəsi törətmək istəməsi onu göstərir ki, Azərbaycana qarşı böyük nifrət yaradan böyük bir şəbəkə var: "Bu böyük şəbəkənin elementləri Azərbaycanın içərisindədir. Onlar daha çox Rusiyada təsir gücünə malikdirlər. Yəni İran xüsusi xidmət orqanları xüsusilə Rusiyada din adamları arasında, məscidlərdə, əsasən də Moskva məscidində çox böyük fəaliyyət göstərirlər. Orada çoxlarını ələ alıb, Quma, Məşhədə göndərir, təlimlər keçirlər, necə ki, zamanında Yunis Səfərova təlimlər keçmişdilər. Burada da həmin elementlər özünü göstərir. Məsələn, zəng vurub, adamlar tapmaq və sairə. Yəni burada Bəhruz Əskərov tək deyil. Məsələn, biz gördük ki, o, çıxıb tapşırıqlar verir. Deməli, tapşırıqları dinləyən, əqidədaşları var.

Biz hamımız bilirik ki, İran müstəqilliyimizin ilk illərindən başlayaraq Azərbaycanda çox böyük şəbəkə qurub. Üstəlik, onlar üçün fərqi yoxdur, kim informasiya, kim qeyri-informasiya daşıyıcısıdır, məsələni kütləvi şəkildə həll edirlər. Yəni evdar qadınlardan tutmuş, bu cür beyinləri yuyulmuş, "ölümə də getməyə hazır olan" gənclərə qədər hər kəsi ələ almağa çalışırlar. Qeyd etdiyim kimi, əsas məqsəd Azərbaycanda sabitliyi pozub, əhali arasında təlaş, qorxu, gərginlik yaratmaqdır. Əlbəttə ki, bu işin dərinliyi istintaq dövründə daha aydın ortaya çıxacaq, digərləri də çox güman ki, bu işlərə bağlı olacaq. 

Daha bir diqqət çəkən məqam Bəhruz Əskərovun çıxışında "dağlara çəkilmək" məsələsini qeyd etməsidir. Cənub bölgəsində "dağlara çəkilmək" bəzi qruplar üçün "iz itirmək", bəzi qruplar üçün isə əvvəldən biletləri alınmış şəkildə Livana getmək deməkdir".

İlham İsmayılın fikrincə, bütün bunlar onu göstərir ki, ortada kifayət qədər böyük bir təşkilat var: "Həmin təşkilatın sonuna qədər gedib tapmaq çox vacibdir. Çünki onun şəbəkəsi ölkənin hər yerində ola bilər. Bir daha qeyd edirəm, bu terror planının sifarişi İrandan gəlir, məqsəd ölkədə sabitliyi pozmaqdır. Burada erməni faktorunun da olması onu göstərir ki, Ermənistanla da birgə fəaliyyət göstərirlər.

Xüsusilə Moskvada olan dindar kəsimin birbaşa İranla əlaqəsi var və bu da bizim üçün böyük təhlükə yarada bilər, necə ki, Yunis Səfərovun dövründən bu yana belə məsələlər olub.

Ən əsası odur ki, Dövlət Təhlükəsizliyi Xidməti bu terrorun qarşısını aldı və "Krokus" terrorundan sonra ölkəmizdə bu cür terrorun qarşısının alınması onların peşəkarlığını bir daha sübut etmiş oldu".

elxan.jpg (68 KB)

Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Lənkəranın icra başçısına qarşı sui-qəsd cəhdi millət vəkili Fazil Mustafaya qarşı təşkil edilən terror hücumuna bənzəyir: "Dövlət Təhlükəsizliyi Xidmətinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı terror planlaşdıran şəxsi həbs etməsi diqqəti çəkir. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatdan aydın olur ki, terroru planlaşdıran şəxs müxtəlif rayonlarda yaşayan şəxsləri də bu işə cəlb etməyə çalışıb. Bu, millət vəkili Fazil Mustafaya qarşı təşkil edilən terror hücumuna bənzəyir. Həmin hadisədə də terroru planlaşdıranlar müxtəlif şəxsləri bu işə cəlb etmişdilər, hətta içərilərində keçmiş polis zabitindən tutmuş, keçmiş hərbçiyə qədər vətəndaşlarımız var idi. Lənkəran icra hakiminə qarşı terroru planlaşdıran qrup Azərbaycanın rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşlarına qarşı da sui-qəsd həyata keçirməyi planlaşdırıb. Azərbaycan rayonlarında ingilis dilini öyrədən könüllülər əsasən ABŞ vətəndaşlarıdır. ABŞ-ın Sülh Korpusu Təşkilatının könüllüləri müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanın müxtəlif rayonlarında da ingilis dilini tədris edirlər. Onlar eyni zamanda özləri də Azərbaycan dilini öyrənirlər. Fikrimcə, ingilis dilini tədris edən ABŞ vətəndaşlarına qarşı terror ideyasını bunu həyata keçirmək istəyən şəxsə kənardan ötürülüb.

Terror ümumi bəladır. Ancaq bəzi dövlətlər terror vasitəsilə hədəf seçdiyi ölkəyə qarşı istifadədən çəkinmirlər".

635x100

Şərhlər

Əli 2024-03-28 10:48:18

O adam öldürənə terroristə oxşamır

Oxucu. 2024-03-26 13:15:20

Yazmırsan olmur,qərb ( anqlasakslar) üçün nə fərqi,rusya-ukrayna müharibəsi olmasın,olsun türkiyə-iran müharibəsi.

Vəli 2024-03-25 20:21:20

İlham İsmayılın bu çox bəsit fikirləri sadəcə Taleh Qaraşovun vəkili kimi çıxış etməyə giriş etməkdən uzağa getmir. Necə yəni "Lənkəran İrana yaxındır?" Bəyəm Astara, Yardımlı, Lerik İrana yaxın deyil? Məgər o rayonların başçılarını İran terrordan sığortalayıb ? Yəni səviyyəsiz analiz edir.

Mubariz 2024-03-25 17:44:24

İ.İsmayılı mən savadlı kadr kimi tanıyıram ,ancaq onun mülahizələri sadəlövlük ,yoxsa inciməsin qorxaqlıq .Ölkədə baxça uşaqlarıda bilirki təkcə İH başçıları deyil əksər məmurlar necə harınlayıb .İ.İsmayıl narazı olanları içəri soxurlar ,bunu məni kimi sən də bilirsən ,incimə ,həqiqəti de

Son yazılar