"KROKUS" TERAKTIYLA BAĞLI İŞ ADAMI SAXLANILDI - VİDEO

Martın 22-də Moskvadakı "Crocus City Hall”-da törədilən terror aktında daha bir nəfər təqsirləndirilən şəxs qismində Moskvanın Basmannı məhkəməsinə gətirilib.

"AzPolitika" xəbər verir ki, bu, Krasnoqorskdan olan qırğızıstanlı iş adamı Əlişir Qasımovdur. Qeyd edək ki, məhkəmə sözügedən teraktda səkkizinci müttəhim olan iş adamı Əlişir Qasımovun barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

İddilara görə, o, “Krokus”a hücum edən terrorçuları mənzillə təmin edib.

Xatırladaq ki, "Krokus"dakı terror aktı nəticəsində, 139 nəfər ölüb, 180 nəfər yaralanıb.

"AzPolitika.info"



635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar