ZELENSKİDƏN GÖZLƏNİLMƏZ QƏRAR – Aleksandr Danilov niyə “vuruldu?” (Yeniləndi)

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Danilovu vəzifəsindən azad edib. Rusiyaya qarşı radikal ritorikası ilə məşhur olan Danilov bu vəzifəni 2019-cu ildən tuturdu.

O, 1990-cı illərdə Luqanskın meri olub, 2004-cü il prezident seçkiləri zamanı Viktor Yuşşenkonun Luqansk qərargahına rəhbərlik edib, sonra isə Luqansk vilayətinin qubernatoru olub. Danilov iki il Yuliya Timoşenko Blokundan Ukraynanın xalq deputatı olub.

Milli Təhlükəsizlik və Müdafiə Şurası digər dövlət orqanlarının koordinasiyasını həyata keçirir və milli təhlükəsizlik məsələləri ilə bağlı prezident fərmanlarının layihələrini hazırlayır. Şura ölkədə fövqəladə və ya hərbi vəziyyətin tətbiqi barədə qərar qəbul edir.

Danilov vəzifədə olarkən Milli Təhlükəsizlik və Müdafiə Şurası bir neçə televiziya kanalını rusiyayönlü elan edərək qadağan edib, əsasən Moskvanın xeyrinə işləməkdə şübhəli bilinən bir sıra ölkə vətəndaşlarına və təşkilatlara qarşı sanksiyalar tətbiq edib. Martın 26-na olan məlumata görə, onun sanksiya siyahısında 10 085 fiziki və 7 117 hüquqi şəxs olub.

Zelenskinin fərmanında istefanın səbəbləri göstərilmir. Bu barədə əvvəlcədən məlumat verilməyib. Yanvarda “Economist” jurnalı Danilovun yerinə Ukrayna ordusunun o vaxtkı komandanı Valeri Zalujnının təyin oluna biləcəyini yazmışdı. General həqiqətən də vəzifəsindən çıxarıldı, amma Zelenski onu Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə təyin etdi.

Ukrayna Prezidentinin saytında yerləşdirilən sərəncama əsasən, ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, 51 yaşlı Aleksandr Litvinenko Danilovun vəzifəsinə təyin edilib. Litvinenko 2021-ci ildən kəşfiyyata rəhbərlik edib, 2014-2019-cu illərdə isə Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini olub.

Rasim Əliyev

“AzPolitika.info”

***

Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Danilovu Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib.

APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam Prezidentin internet saytında dərc olunub.

Prezident Zelenskinin digər sərəncamına əsasən isə Aleksandr Litvinenko Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar