“Bu kəndləri Ermənistan ərazisi hesab edənləri axtarırıq...” - Simonyan müxalifəti ittiham etdi

“İndi biz buranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən o adamları axtarıram ki, gəlib Ermənistan ərazisində olduqlarını sübut edəcəklər. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş öz müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər”. 

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qaytarılmalı olan 4 kənd barədə danışarkən deyib. 

Simonyan həmin kəndlərin heç zaman Ermənistanın olmadığını bildirib və müxalifəti bu mövzudan sui-istifadə etmək istədiyinə görə qınayıb: “Əvvəlcədən deyirəm – bu, işləməyəcək”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar