İsveçrə banklarından qadağa - Rusiya pasportu olanlar çətin duruma düşüblər

İsveçrə bankları Rusiya pasportu olan şəxslərə xidmət göstərməyi dayandırır. 

“AzPolitika xəbər verir ki, bu barədə “Vedomosti” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, söhbət yalnız sırf Rusiya vətəndaşlarından getmir. Digər ölkə vətəndaşları paralel olaraq Rusiya pasportu da daşıyırlarsa, onlara xidmət göstərilmir. Məlumatda deyilir ki, artıq “UBS” və “Credit Suisse”-nin ikili vətəndaşlığı olan müştəriləri ciddi problemlə qarşılaşıblar. Baxmayaraq ki, bu insanlar İsveçrədə vergi ödəyirlər və Rusiya Federasiyasından gəlir əldə etmirlər, orada vergi öhdəlikləri də yoxdur, onlara qarşı qadağalar tətbiq olunur. Bundan əlavə, Rusiya pasportunu saxlayan bir neçə İsrail vətəndaşı İsveçrədə hesab açmaq imkanından məhrum edilib.

2023-cü ilin sonlarında İsveçrə hakimiyyəti sanksiyalardan əziyyət çəkən rusların ölkə banklarında pul gizlətmələrini dayandırmaq üçün kifayət qədər iş görmədiyinə görə tənqid atəşinə tutulub. Bundan sonra hakimiyyət fəallaşıb. Məsələn, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) sanksiyaların həyata keçirilməsi üçün ekspert komissiyası təyin edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar