Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Sabiq milli təhlükəsizlik naziri, Azərbaycanın Özbəkistandakı keçmiş səfiri Namiq Abbasov vəfat edib.

"Report"un əldə etdiyi məlumata görə, N.Abbasov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Namiq Abbasov 1940-cı ildə Ordubad şəhərində anadan olub.

N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

635x100

Şərhlər

Mehman Ismayilov 2024-03-28 14:43:39

Allah rahmat epasin,makani cannat olsun,Namiq Abbasovun,gozal insan,boyuk dovlat adami idi.

TARİX 2024-03-28 10:13:43

ALLAH RƏHMƏT ELƏSİN.

Oxucu. 2024-03-27 22:58:07

Allah rəhmət etsin,ruhu şad olsun.

Son yazılar