"Hesabatına ödənişi əlavə etməyi unudub..." - Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkədə qeyd edib:

“NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin və onun ətrafının Ermənistan hökuməti və erməni lobbisi tərəfindən sifariş edilmiş və ödənişli qondarma hesabat və ya “möhürlü” təbliğat materialı mənə 04 sentyabr 2023-cü il tarixli Ermənistan Respublikasının ödəniş sənədinin də paylaşıldığı yer haqqında postumu yenidən dərc etməyimi xatırlatdı. Anders Foq Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub. Pullar danışır!”.

635x100

Şərhlər

Yesir azəri 2024-03-28 09:14:45

Vahid-Doğma Hüququzun iddiasından çəkilirik? Biədəb Xoruzluq iddiası üzrə kilsə cəzasını gizlənən qruplaşma isə yeni adla, digərinin halal statusunu alıb, yeni iddialarl 3cü əsri adlayıb, keçir? Rəsmi Bakı ona görəmi NATOdan rica etməyib ki, BMT TŞnın həllini Azərbaycanda elə NATO Sülməramlıları İcra Etməlidirlər? Haqq-hüquq iddia-mühakimə edilər, ya tam qələbəyə qədər savaşılar!?

Son yazılar