"İstənilən yerdə vura bilərik"- Putindən "F-16" təhdidi

“Təbii ki, "F-16" təyyarələri üçüncü ölkələrin hava limanlarından istifadə edərsə, biz onları istənilən yerdə vura bilərik. Harada olurlarsa olsunlar bizim üçün qanuni hədəfə çevriləcəklər".

"AzPolitika" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ötən gün Tver vilayətində Rusiya Müdafiə Nazirliyinin aviasiya təlim mərkəzində olarkən deyib.

Putin Qərb ölkələrinin Ukraynaya göndərəcəyi "F-16" döyüş təyyarələrindən və ukraynalı pilotların yetişdirilməsi ilə bağlı planlardan danışıb. Rusiya lideri qeyd edib ki, Ukraynaya veriləcək "F-16"-lar döyüş meydanında heç bir dəyişikliyə səbəb olmayacaq.

“Bu, münaqişə bölgəsində heç nəyi dəyişməyəcək. Bu gün tanklarını, zirehli texnikalarını, o cümlədən çoxsaylı buraxılış sistemlərini məhv etdiyimiz kimi "F-16" təyyarələrini də məhv edəcəyik. "F-16"-lar nüvə silahı daşımaq qabiliyyətinə malikdirlər. Biz bunu nəzərə alacağıq",-deyə o bildirib.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar