"RUSİYA BÖYÜK HÜCUMA HAZIRLAŞIR" - Britaniya nəşri

“Rusiya bütün cəbhə xətti boyunca yeni və böyük bir həmləyə hazırlaşır".

"AzPolitika" xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Economist” nəşrində yayımlanan təhlil materialında bildirilir.

Təhlildə Ukraynanın müttəfiqlərinin Kiyevə dəstəyinin azaldığı və Rusiyanın böyük bir hücuma hazırlaşdığı vurğulanır.

"Ukraynanın Qərb müttəfiqlərinin diqqəti yayındırılıb. Onlar Yaxın Şərqlə, qarşıdan gələn seçkilərlə və öz iqtisadi problemləri ilə məşğuldurlar. Ukraynalı əsgərlər artilleriya mərmilərini səmərəli istifadəyə məcbur edilirlər. Rusiya isə bəzi yerlərdə Ukraynadan 5 dəfə daha çox mərmi istifadə edir. Ötən həftə təkcə bir gecədə Ukraynaya 150-dən çox pilotsuz uçuş aparatı və raketlərlə hücum olub. Ukraynanın isə müdafiə silahları və xüsusən də canlı qüvvəsi tükənir",-deyə məqalədə qeyd olunur.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar