“Mən Putinə qarşı bunu etməyəcəyəm” – “Müharibə heç bir tərəfin tam məğlubiyyəti ilə başa çata bilməz”

“Hələ də hesab edirəm ki, Rusiya Prezidenti Vladimir Putinlə dostluğum Ukraynadakı müharibəni dayandırmağa kömək edə bilər”.

“AzPolitika” “Dpa” agentliyinə istinadla xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Gerhard Şröder deyib.

“Biz uzun illər birlikdə yaxşı işləmişik. Ola bilsin ki, bu amil hələ də danışıqlar masası arxasında həll yolu tapmağa kömək edə bilər, çünki başqa həll yolu yoxdur”, o, agentliyə müsahibəsində deyib.

Xatırladaq ki, Şröder 1998-2005-ci illərdə Almaniya kansleri olduğu müddətdə Putinlə yaxın dost olub və hazırda Rusiyanın nəzarətində olan “Şimal axını” qaz kəməri şirkətində işləyir. O, Rusiyanın Ukraynaya silahlı müdaxiləsini “ölümcül səhv” adlandırsa da, heç vaxt Putinlə dostluğunu sonlandırmayıb.

Şröder müsahibədə Putinlə münasibətlərinin müsbət nəticələrindən danışıb. On minlərlə insanın ölümünə və Rusiyanın Ukraynada hərbi cinayətlərinə baxmayaraq, Putinlə niyə dost olmağa davam etdiyini soruşduqda, Şröder “burada işin başqa ölçüsü var” deyə cavab verib.

“Artıq belə bir hiss var idi ki, şəxsi münasibətlər siyasi baxımdan son dərəcə çətin olan bu problemin həllini tapmağa kömək edə bilər. Ona görə də keçmişdə siyasi həyatda aramızda olan bütün müsbət məqamları yaddan çıxartmağı tamamilə yanlış hesab edirəm. Bu, mənim ruhuma yaddır və mən bunu etməyəcəyəm”, - eks-kansler bildirib.

Şröder indi hökumət səviyyəsində yeni vasitəçilik təşəbbüsünün başlanmasının tərəfdarıdır. “Fransa və Almaniya bu məsələdə liderlik etməlidir. Aydındır ki, müharibə heç bir tərəfin tam məğlubiyyəti ilə başa çata bilməz”, - o vurğulayıb.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar