“ABŞ İRANI NÜVƏ DÖVLƏTİNƏ ÇEVİRDİ...” – “Tehrana Ermənistanı himayə etmək tapşırılıb”

“Tehranın missiyası Yaxın Şərqi qarşıdırmaq, İslam aləmini bölüb zəif salmaq və Qərbə yol açmaqdır”

“İran hər hansı bir dövlətlə strateji tərəfdaşlıq sazişi bağlamaz, heç bir hərbi bloka qoşulmaz, heç kəs üçün birbaşa savaşa girməz. Amma strateji tərəfdaşları da var, dolayı savaşdığı ölkələr də, gizli əməkdaşlıq etdiyi hərbi birliklərlə də”.

“AzPolitika” xəbər verir ki bunu Türkkiyənin “Çağ” Universitetinin Azərbaycandan olan professoru Xaləddin İbrahimli bildirib.

O, bildirib ki, İran ABŞ-ın gizli müttəfiqidir, missiyası Yaxın Şərqi qarşıdırmaq, İslam aləmini bölüb zəif salmaq və Qərbə yol açmaqdır.

Professorun sözlərinə görə, Tehrana tapşırılan vəzifələrdən biri də Ermənistanı himayə etmək və himayə edənlərə vasitəçi olmqdır.

“İranın nüvə silahı varmı? İndi var. ABŞ onu nəzarətdə olan nüvə dövlətinə çevirdi. Rejimin özünü qoruması və ətrafında bölücü işləri bacarıqla həyata keçirməsi üçün bu lazım idi. Pakistana hücum da “səndə olandan məndə də var” mesajı idi. Bəzi xəyalpərəstlər isə ABŞ və İsrailin hələ də İranı vuracağına inanırlar”, - Xaləddin İbrahimli qeyd edib.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Faiq 2024-03-28 19:32:29

Ən dəhşətlisi odur ki Azərbaycanda hələ də İranın İslam Respublikası, farsın da müsəlman olmasına inananlar var, hətta İrana satqinliq edənlərin, fars molla rejimini təbliğ edənlərin sayı durmadan artır cahillikleri ucbatından

MRP 2024-03-28 19:15:54

Çox düzgün təhlilidir.Molla rejiminin memarı ABŞ-dır.

Son yazılar