"Terrorçuların Ukraynaya bağlılığına dair sübutlar əldə olunub" - Rusiya İstintaq Komitəsi

Moskvada "Crocus City Hall"-a hücum edən terrorçularla Ukraynadan olan millətçilər arasında əlaqə olduğuna dair sübutlar əldə edilib.

Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətindən bildirilib ki, istintaqda terror aktını törədənlərin Ukrayna tərəfdən xeyli miqdarda pul və kriptovalyuta alması barədə məlumat var: “Saxlanılan terrorçularla iş, onlardan ələ keçirilən texniki vasitələrin öyrənilməsi və maliyyə əməliyyatları haqqında məlumatların təhlili nəticəsində onların Ukrayna millətçiləri ilə əlaqəsi haqqında sübutlar əldə edilib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar