İrəvan Solovyova buna görə qadağa qoydu - Nazir müavinindən açıqlama (Yenilənib)

Xəbər verdiyimiz kimi, Ermənistanda Kremlin ən tanınmış təbliğatçılarından biri olan Vladimir Solovyovun müəllif proqramları bloklanıb.

“AzPolitika” -nun məlumatına görə, bu barədə danışan Ermənistanın Yüksək Texnoloji Sənaye nazirinin müavini Avet Poqosyan  deyib ki, qadağa “Ermənistan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında” Sazişin 5 və 6-cı maddələri əsasında tətbiq edilib.

Hökumət təmsilçisinin sözlərinə görə, bu, Ermənistan Televiziya və Radio Komissiyası tərəfindən qeydə alınan "davamlı pozuntular" səbəbindən baş verib: “Ermənistan ərazisində RTR-Planeta telekanalının “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” orijinal verilişlərinin yayımı dayandırılıb”.

“Meduza” kanalı isə yazıb ki, sözügedən 5-ci maddə “xalqlara və milli dəyərlərə qarşı təhqiramiz məzmunlu verilişlərin istisna edilməsi” və “seçki kampaniyalarına və daxili siyasi həyata müdaxilənin istisna edilməsi” kimi bəndləri nəzərdə tutur.

Məlum olduğu kimi, Solovyov öz verilişlərində mütəmadi olaraq Paşinyan hakimiyyətini tənqid və təhqir edir.

“AzPolitika.info” 

***

Ermənistan Rusiyanın “RTR-Planeta” telekanalında ictimai multipleksdə yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” müəllif proqramlarının ölkədə yayımını qadağan edib.

APA xəbər verir ki, bu barədə Ermənistan Televiziya və Radio Komissiyası məlumat yayıb.

Bu qərara səbəb kimi “son vaxtlar Ermənistan Televiziya və Radio Komissiyası tərəfindən qeydə alınan daimi pozuntular” göstərilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar