GRU polkovniki “Crocus City Hall”-da güllələnib – Cəbhədən Moskvaya ailəsi ilə görüşməyə gəlmişdi

“Crocus City Hall”a hücum nəticəsində Rusiya ordusunun polkovniki Timur Myasnikov həlak olub. O, Ukrayna cəbhəsindən ailəsi ilə görüşmək üçün Moskvaya gəlib. Hücum zamanı bir neçə güllə yarası alıb və xəstəxanada dünyasını dəyişib.

“AzPolitika” xəbər verir ki, bu barədə yerli mətbuata “Rusiya Zabitləri” təşkilatının Samara bölməsinin rəhbəri Artur Malivançuk məlumat verib.

Malivançukun sözlərinə görə, Myasnikov Baş Qərargahda və 3-cü ayrı-ayrı xüsusi təyinatlılar briqadasında xidmət edib. Bu, Tolyattidə yerləşən ordu xüsusi təyinatlılarıdır və Rusiya hərbi kəşfiyyatına (GRU) aiddir. Bu bölmə ən azı 2015-ci ildən Ukraynadakı müharibədə iştirak edir.

Malivançukun sözlərinə görə, öldürülən şəxs son iki ildə Ukraynada döyüşürdü və o, Rusiyanın Kosovo və Tacikistandakı əməliyyatlarında da iştirak edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar