Moskva teraktında növbəti həbs dalğası - Tacikistanda 9 nəfər saxlanılıb

Tacikistanda Moskvadakı "Crocus City Hall"-a hücumla əlaqəsi olduğu güman edilən 9 nəfər saxlanılıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Tacikistan Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Məlumata görə, Vəxdat şəhərində saxlanılan şübhəlilər paytaxt Düşənbəyə gətiriliblər.

Qeyd edək ki, martın 22-də baş verən terakt zamanı 143 nəfər həlak olub.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar