Prezidentin seks rəvayətləri FAKTLARLA

"Lissabon sammiti zamanı gürcü hökuməti tərəfindən "Tiara Park Atlantic" mehmanxanasına 80 yerli fahişə dəvət edildi"

Gürcüstan mətbuatı sabiq prezident Mixeil Saakaşvili haqqında qalmaqallı məqalə dərc edib. Yazıda Saakaşvili və ətrafının seks skandalından bəhs edilir.

Bu barədə Gürcü mətbuatına sızan xəbərlərdə yayılan məlumatlarda bildirilir. Publika.az gürcü mətbuatına istinadən xəbər verir ki, ""Qızılgül inqilabları" rəhbərlərinin dövlət hesabına əyləncələrinin tünd məqamları üzə çıxdı" adlı məqalədə keçmiş gürcü rəhbərlərinin eyş-işrətləri barədə məqamlara toxunr. Bunun üçün hətta bir sıra faktlar da irəli çəkilir.

Həmin faktları sizə təqdim edirik:

"Həftənin xronikası" prezident administrasiyasından aldığı gizli mənbələrə əsaslanaraq dövlət gəlirləri hesabına mənimsənilən vəsaitlərə diqqət çəkir. Bildirir ki, əvvəlki gürcü hakimiyyəti xüsusi hesaba mailk idi və bu məbləğ Saakaşvilinin və onun etibar edilmiş mühitinin əyləncələri üçün istifadə olunurdu.

Nəşr məqaləsində keçmiş baş nazir İvan Merabişvilinin də adını çəkir. Mətbu orqan 2009-cu ilin sentyabrında Londonda dövlət vəsaiti hesabına gürcü nümayəndə heyətinin əyləncəsi üçün 10 min avro pul xərcləndiyini yazır.

"Həftənin xronikası"nda digər bir fakt kimi ötən ilin yanvarında sabiq prezident Saakaşvilinin Vaşinqton səfəri qeyd olunur və həmin səfər zamanı gürcü prezidentin qaldığı otelə dövlət hesabına 10 yerli fahişənin gətirildiyini bildirilir.

Məqalədə ən yüksək qalmaqallı epizod kimi NATO-nun 2010-cu ildə Lissabon sammiti zamanı baş verən hadisədən bəhs edilir. Belə ki, həmin vaxt gürcü nümayəndə heyətinə Saakaşvilinin rəhbərlik etdiyi xatırladılır. Yazıda Lissabon sammiti zamanı gürcü hökuməti tərəfindən "Tiara Park Atlantic" mehmanxanasına 80 yerli fahişənin dəvət edildiyi qeyd edilir.

Bu xəbərlə gürcü mətbuatı daha bir dövlət rəsmisinin adının seks skandalında hallandırılmasını gündəmə gətirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar