Sabiq nazir İbrahimbəyovun əleyhinə ifadə verməkdən imtina edib- DÜZƏLİŞ

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun mətbuata son müasahibəsindəki bir fikri səhv gedib. Belə ki,

"Turan" informasiya agentliyinyinin əməkdaşı İbrahimbəyovun fikrlərini təqdim edərkən yanlışlığa yol verib. Saytimizda da həmin müsahibə "NİCAT QULİYEVDƏN RÜSTƏM İBRAHİMBƏYOVUN ƏLEYHİNƏ İFADƏ ALINIB" BAŞLIĞI ilə verilib.

Məlum başlıqlı müsahibə internet məkanında yayıldıqdan sonra hazırda Gürcüstanda olan R.İbrahimbəyov "Turan" informasiya agentliyinin rəhbərliyinə zəng vuraraq, müsahibəsində təhrifə yol verildiyini bildirib.

Belə ki, sabiq xarici iqtisadiyyat naziri Nicat Quliyev Rüstəm İbrahimbəyovun əleyhinə ifadə verməyib, ondan belə bir ifadəni istəyiblər, amma o imtina edib.

Oxuculardan bu düzəlişi nəzərə almağı xahiş edirik.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar