PUTİN SONADƏK DÖYÜŞƏCƏK! - Bəs sonda nə olacaq?

“Putin rejimi düşən neft qiymətlərinə tab gətirə biləcəkmi?”

Qərb diplomatiyasının və iqtisadi sanksiyaların, hələlik öhdəsindən gələ bilmədiyi Vladimir Putinin aqressiv xarici siyasətini aşağı düşən neft qiymətləri cilovlaya biləcəkmi? Neft ixracı üzərində köklənmiş iqtisadiyyatın çalxalanması Putin rejimini destablizasiya edəcəkimi? Harvard Universitetinin tanınmış iqtisadçısı Martin Feldşteyn bildirib: ”Putin və onun rejiminə bənzər İran və Venesueladakı mövcüd hakimiyyətlər gələcəkdə də düşməkdə davam edəcək neft qiymətləri fonunda möhkəm dayanmağa çalışacaqlar”.

Avtoritar hakimiyyətlərin dinamikasına daha düzgün nəzər yetirmək üçün biz Yeqor Qaydarın və yaxud da Emanuel Qoldsteynin baxışlarıyla yanaşmaq istərdik. Beş il bundan əvvəl vəfat etmiş Yeqor Qaydar postsovet dövründəki Boris Yeltsin hökumətində rəhbər vəzifə tutmuş iqtisadçı kimi tanınıb. Yeqor Qaydar neft hasilatının 1985–ci ilin sentyabrında Səudiyyə Ərəbistanı tərəfindən kəskin sürətdə artırılması nəticəsində qiymətlərin sürətlə aşağıya yuvarlanması sayəsində Sovet İttifqaının şökməsi tezisinin müəllifi kimi də yadda qalıb. Qaydar səudilərin bu hərəkəti Moskvanın Əfqanıstandakı təsirini zəiflətmək məqsədi ilə düşünülmüş şəkildə həyata keçirdikləri fikrini irəli sürürdü. Onun bildirdiyinə görə, Səudiyyə Ərəbistanının atdığı bu addımdan sonra Sovet İttifaqı hər il 20 milyard dollar itirirmiş. Y.Qaydarın 2007-ci ildə çapdan çıxan “İmperiyanın süqutu”kitabında qeyd olunur: ”Bu pullarsız ölkənin yaşaması mümkün deyildi”.

Qaydarın yazdığına görə, xarici valyuta tapmaq yolunda çırpınan və Qərbdən pul götürmək istəyən, lakin onu qaytarmaq imkanından məhrum olan ölkədə yenidənqurma adı altında aparılan iqtisadi islahatların effekt vermədiyini görən Sovet lideri Mixail Qorbaçovun kapitulyasiya şərtləri daxilində Qərblə danışıqlara getməkdən başqa çarəsi qalmadı. Qaydar postsovet Rusiyasının rəhbərlərinə xəbərdarlıqla yazırdı ki, Sovet İttifaqının dağılması yüksək neft qiymətləri üzərində siyasət qurmaq fikrinə düşənlərə yaxşıca dərs olmalıdır. O, deyirdi: ”Bu dərslərdən biri də ondan ibarətdir ki, avtoritar rejimlər nə qədər güclü göründüklərini nümayiş etdirsələr də, böhranlı günlərdə onların vəziyyəti hədsiz dərəcədə dayanıqsız olur”.

Putin Sovet İttifaqının necə çökdüyünün şahididir və bu böyük hadisəyə görə məyusluq keçirmiş KQB zabitidir. O, bu hadisədən özü üçün müəyyən bir nəticə çıxarıb. Həmin nəticələrdən biri rejimin neft gəlirləri hesabına ehtiyyat fondunu yaratmasıdır. Sovet İttifaqının dağılmasından Vladimir Putinin çıxardığı başqa bir nəticə də var. Rusya prezidentinin sözlərinə görə, SSRİ-nin dağılması öz iqtisadi səbəbləri olan“geosiyasi fəlakətdir”. Əlavə olaraq Putin söyləyib ki, SSRİ-nin dağılması Sovet rəhbərlərinin vətənə qarşı göstərdikləri yad münasibətin və çətin günlərdə onların hamısının ölkəni qoyub qaçmasının acı nəticəsidir.

Son zamanlar Putinin nümayişkəranə özünü necə dikbaş aparma manerası onun keçmişdən hansı nəticələr hasil etdiyini də göstərir. O, əvvəlcə rublu möhkəmləndirmək məqsədi ilə ölkənin pul ehtiyyatlarını xərcləməyə başladı, sonra isə rublu “sərbəst üzməyə” buraxdı və indi də Rusiyanın yeni geosiyası tələlərin qurbanı olması barəsində bəyanatlar söyləyir. Bütün bunlarla yanaşı Putin ölkə daxilindəki istənilən azad düşüncəni boğmaqla da məşğuldur. Lakin ümumi vəziyyətin hər necə olmasına baxmayaraq, Putin qonşu Ukraynadan getmək və sovetsayağı quruluş olan Avrasiya İqtisadi İttifaqı planından imtina etmək fikrində deyil.

Burada Corc Oruelin ”1984” romanındakı personajlardan biri olan politoloq Emanuel Qoldsteyn yada düşür. Həmin əsərdə E.Qoldsteyn gizli olaraq “Oliqarxik kollektivçiliyin nəzəriyyə və praktikası” kitabını yaymağa başlayır. Əsərdə ədəbi formada Corc Oruell özünün repressiv sistemlərin yaşama gücünün və zəif tərəflərinin əsl mənbələri haqqındakı baxışlarını qələmə alıb. Həmin əsərdə qeyd olunur ki, idarə edən sinif hakimiyyəti dörd səbəb üzündən itirir:

Birincisi- xarici düşmən ona qalib gəldikdə:

İkincisi - bacarıqsız idarəetmə nəticəsində xalq kütləsinin üsyan qaldırması səbəbindən;

Üçüncüsüsü - idarə edən zümrənin güclü və narazı orta sinifin yaranmasına imkan verməsi zamanı;

Dördüncüsü - idarə edən kəsimin özünə inamını və idarə etmək arzusunu itirməsi nəticəsində.

Qoldsteyn qeyd edir ki, bu dörd faktorun əmələ gəlməsi bütün keçmiş tarix ərzindəki ən güclü rejimlərin və imperiyaların dağılmasına yol açıb. Müəyyən mənada sadalanan həmin bu faktorlar birbaşa və ya da bilavasitə olaraq Sovet İttifaqının dağılmasına səbəb olub. Əlavə olaraq Qoldsteyn yazır ki, hakimiyyətlərin yıxılmasındakı ən həlledici faktor idarəedici sinfin psixi vəziyyətinin hansı səviyyədə olmasından asılıdır.

Sovet İttifaqı və Çinin 1989-cu ildəki taleləri, Qoldsteynin fikirlərindəki məntiqi zəminin olmasından xəbər verir. Qorbaçov taktiki baxımdan geriyə çəkilmə üsuluna üstünlük verdiyinə görə, Sovet İttifaqı dağıldısa, onun əksinə olaraq çinli liderlər Tyananmen meydanında yüzlərlə insanın qanını tökməklə, hakimiyyətdə qalmağı bacardılar. Bu nümunəni daha kiçik masştablı Şimali Koreya, Kuba və Zimbabve kimi rejimlər üçün də söyləmək mümkündür. Kimlərsə neft qiymətlərinin aşağı düşməsi və Qərb sanksiyaları üzündən Moskvanın öz kursundan dönəcəyinə ümid bəsləyir. Rusiyanın hakim rejimi bir faktı mütləq diqqətə almalıdır ki, Putin artıq bir dəfə belə bir ssenarini Qorbaçov zamanı görüb. Çox böyük ehtimalla Putin fikirləşir ki, əgər belə bir serial mövcuddursa, yəqin ki, o başqa cür sona çatacaq.

"The Washington Post"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar