PUTİNİN MÜQƏDDƏS DAĞI - Yeni soyuq müharibə, artıq faktdir!

Biz, Rusiya və Qərbin yeni soyuq müharibəyə qədəm qoyduğunu inkar etmək istəsək də, artıq bu bir fakta çevrilib. Qərbin siyasi dairələrini belə bir sual düşündürür ki, görəsən vəziyyətin bu həddə gəlməsi Kreml rəhbərinə kifayət edəcəkmi? Bu xarakterli suallar ona görə meydana gəlir ki, böyük rus milliyətçiliyi "tiryəki" Putinə çox vacib gərəkdir.

Rusiyada hazırkı vəziyyət yaxşı deyil və daha da pisləşməyə doğru gedir. Putin öz ölkəsini istər iqtisadi, istərsə də siyasi cəhətdən qətiyyən lazım olmayan münaqişəyə soxub. Qərblə münasibət soyuq müharibədəki kimi pisləşıb. Putinin yürütdüyü siyasətdən bərk qorxuya düşmüş satellit dövlətlər NATO-dan öz ərazilərinə tank, təyyarə və əsgər yerləşdirməsini istəyirlər. Rusiya iqtisadiyyatını neft və qazın asılılığından qurtara bilməyən Putin, Qərb sanksiyalarından əziyyət çəkir. Rubl hələlik sağ qala bilsə də, çox sürətlə aşağıya yuvarlanır. Putinin diplomatik və iqtisadi arsenalı tükənməyə başlayır. Hazırkı vəziyyətdən şıxış yolunu, o, rus milliyətçiliyinin qabardılmasında görür.

Putinin ixtiyarında milli qürur və ya böyük rus milliyətçiliyi ideyası qalıb. O, bəyan edir ki, Qüdsdəki müqəddəs dağ, yəhudi və müsəlmanlar üçün hansı mənanı daşıyırsa, Krım yarımadası da Rusiya üçün məhz həmin anlama gəlir. Putin Rusiya imperiyası üçün ruhi-mənəvi əhəmiyyət kəsb edən Krım yarımadasını geri qaytarmaqla, özünü milli-dini azadlığın təcəssümü səviyəsinə kimi qaldırıb. İndiki vəziyyət milliyətçilik cəbhəsindəki “uğurlu” şücaətlərini durmadan tərifləyən Rusiya prezidentindən daha radikal hərəkətlər tələb edir. Böyük qələbələr qazanmaq üçün, meydan qarşımızda dayanıb: şərqi Ukrayna, Moldova, Pribaltika...

Bir çoxlarının razılaşmaq istəmədikləri fikrin əksinə olaraq, Putin artıq Qərblə soyuq müharibə aparır.

"Frankfurter Allgemeine Zeitung"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar