Zakir Həsənov kadrlar idarəsinin rəisinı də dəyişdi

İşlər İdarəsinin rəisi polkovnik Baxış Ələkbərovun da istefaya göndiriləcəyi gözlənilir

Bu gün Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi polkovnik Vidadi Əsgərov tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib.

“Qafqazinfo”ya daxil olan xəbərə görə, onun yerinə polkovnik Mahmudağa Ağadadaşov təyin edilib.

Xatırladaq ki, Vidadi Əsgərov təxminən 9 ay əvvəl bu posta təyin olunmuşdu və bundan öncə nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində rəis müavini işləyirdi.

Əldə etdiyimiz digər məlumata görə isə işdən uzaqlaşdırılması gözlənilən növbəti şəxs 10 il Türkiyədə hərbi attaşe olmuş İşlər İdarəsinin rəisi polkovnik Baxış Ələkbərovdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar