“Lotu Quli”nin adamlarının Gürcüstanda kütləvi həbsi başladı

 

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları “oğru dünyası”nın 13 üzvünü saxlayıb

 

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları “oğru dünyası”nın 13 üzvünü saxlayıb. Xüsusi operativ əməliyyat tədbirləri Marneuli və Dmanisi rayonlarında aparılıb.

Virtualaz.org “Qruziya online” xəbər agentliyinə istinadən xəbər verir ki, saxlanılan kriminal avtoritetlər iki “qanuni oğru” qruplaşmasının üzvləridir.

“Qruziya online” agentliyi Gürcüstan DİN-dəki mənbələrinə istinadən saxlanılan şəxslərin siyahısını da təqdim edib. Siyahıda aşağıdakı şəxslərin adları yer alır: Rasim O. (1969-cu il təvəllüdlü) və Namiq O. (1973) qardaşları, Rəşid Q. (1990), Georgi K. (1985), Rasim M. (1970), Namir İ. (1990), Asif X. (1986), Sədrəddin D. (1990), Cabir A. (1962), Temur Q. (1979), Ayət Q. (1981), Qaraxan Q. (1964) və Mehralı Ş. (1978).

Saxlanılan şəxslərin 9-u müxtəlif ağır cinayətlər törətdiklərinə görə əvvəllər həbsxanada yatıb. 13 nəfərin hamısı öz evlərində qandallanıb. Onların evlərində aparılmış axtarış zamanı “Makarov” tapançası, ov silahları, narkotik maddələr və psixotrop həblər götürülüb.

İstintaq müəyyən edib ki, saxlanılan şəxslər azərbaycanlı “qanuni oğru”ların nüfuz dairəsinə daxildir. O cümlədən saxlanıların 8 nəfərindən ibarət olan qruplaşma hazırda Rusiyada yaşayan azərbaycanlı “qanuni oğru”lardan birinni təsiri altındadır və ondan konkret tapşırıqlar alaraq bu əmrləri icra edirmiş. Xəbərdə deyilir ki, qalan 5 kriminal avtoritet isə “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov tərəfindən idarə olunur. Nadir Səlifov hazırda Azərbaycanda həbsxana həyatı yaşayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar