Kərəm Həsənovu bitirəcək adam danışdı

Türkmən Çayır: “İddialarında davam edərlərsə, bütün sənədləri, telefon danışıqlarını, yazışmaları günbəgün, saatbasaat açıqlamaq məcburiyyətində qalacağam...”

Tenderin udulması üçün konkret kimlərlə danışıqlar aparıldığını, rüşvətin miqdarını, nazir başda olmaqla digər şəxslərə bu rüşvətdən nə qədər pay düşdüyünü açıqlayacağam”

“Yeni Müsavat” qəzetinin 15 noyabr tarixli sayında “Kərəm Həsənovu bitirəcək məxfi dosye əlimizdə” başlıqlı manşet yazısından narazı qalan qarşı tərəf 3 gün müddətində təkzib verilməzsə qəzeti məhkəmə ilə hədələyib. Yada salaq ki, yazıda söhbət Kərəm Həsənovun rəhbərliyi ilə dəyəri 7 milyon dollar olan layihə üzrə saxta tenderdən və daha sonra alınan pulların bölgüsündən gedir. Yazı dərc ediləndən bir neçə gün sonra “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin Bakı ofisinin rəhbəri Mustafa Çakır moderator.az saytına müraciət edərək sözügedən yazının şirkətin işgüzar nüfuzuna xələl gətirdiyini bildirib.

“Kutlubəy” şirkətinin Azərbaycandakı projesinin ortağı Türkmən Çayır məsələ ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Mən Türkiyədə turizm və inşaat sektorunda fəaliyyət göstərirəm. Azərbaycanda bu tenderin udulmasına qədərki bütün mərhələlər haqqında yetərincə bilgim var. Bu projenin bütün xərclərinə də şərikəm. Azərbaycanda Kadastr İdarəsinin rəisi Ramiz Quliyev də daxil olmaqla, məsələ ilə bağlı bütün danışıqlar, yazışmalar, rəsmi və qeyri-rəsmi ödəmələrlə bağlı bilgim var. Biz Ramiz bəylə layihə haqqında söhbət başlayan gündən indiyə qədər birlikdə hərəkət etmişik. İndi Ramiz Quliyev və Altan Çətinkaya məni layihədən kənarlaşdırmaq düşüncəsindədirlər. Mən də təbii olaraq bu məsələyə etirazımı bildirirəm. Onlara çatdırmaq istəyirəm ki, indiyə qədər Azərbaycanda olan razılaşmaların bir qismini açıqlamaq fikrindəyəm. Əgər bu şəxslər iddialarında davam edərlərsə, bütün sənədləri, telefon danışıqlarını, yazışmaları günbəgün, saatbasaat açıqlamaq məcburiyyətində qalacağam. Tenderin udulması üçün konkret kimlərlə danışıqlar aparıldığını, rüşvətin miqdarını, nazir başda olmaqla digər şəxslərə bu rüşvətdən nə qədər pay düşdüyünü açıqlayacağam. Bir məsələni də deyim ki, “Kutlubəy”in Bakı ofisinin rəhbəri Mustafa Çakırın bu məsələ ilə bağlı söylədikləri yetərli deyil. O, bu məsələləri bilmir, çünki şirkətin sıradan işçisidir. Layihə 2 il öncə başlayıb Çakır isə şirkətdə 7 aya yaxındır işləyir. Ürəklidirlərsə, Altan Çetinkaya çıxıb mənim iddialarıma cavab versin. Mustafa Çakır davam edərsə, ciddi bir sıxıntı yaşayacaq, ona görə ona geri çəkilməyi məsləhət görürəm. Bu məsələdə danışa biləcək şəxs Altan Çətinqayadır”. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar