2015-də bazarları gözləyən 10 risk

2014-cü il başa çatmaqdadır. Mütəxəssislər qlobal birjalarda 2015-də diqqət yetirilməsi lazım olan 10 riski sıralayıb.

2014-cü il, rekordlarla keçən 2013-cü ilin ardından başda “Wall Street” olmaq üzrə birjalar üçün olduqca yaxşı bir il idi. “S&P 500” indeksi, 2013-dəki 30%-lik yüksəlişinin ardından, 2014-cü ili təxminən 12% müsbətdə bağlamağa hazırlaşır.

ABŞ iqtisadiyyatındakı yaxşılaşma qlobal miqyasda birjalara dəstək olur. Lakin gələn il üçün diqqət yetirilməsi lazım olan əhəmiyyətli mövzular da var.

“MarketWatch” saytı gələn il üçün ən böyük 10 riski belə sıralayıb:

1- Fed

Hər nə qədər ABŞ Mərkəzi Bankı (Fed) maliyyə aktivlərinin (istiqrazların) alışlarını dayandıraraq iqtisadiyyata verdiyi likvidlik dəstəyini azaltsa da, hələ faizləri sıfıra yaxın səviyyədə saxlayır. Gələn ildən Fedin faiz artımağa başlayacağı da gözlənilir. Fed tərəfindən bu istiqamətdə atılacaq addımlar ən böyük risklərin başında göstərilir.

2- Sərmayəsini növlərə ayırmaq istəyi

Fedin faizləri artırması ilə bərabər, yüksək faiz mühitində bu anda olduqca müvəffəqiyyətli işlər görən şirkətlərin ya da dövlət istiqrazlarının qazanclı olma hallarını itirə bilər. Daha aşağı risklə daha yüksək qazanc əldə etmək istəyən sərmayəçilərin pullarını istiqamətləndirəcəkləri alətlər qlobal birjalardakı vəziyyəti təyin etməsi baxımından diqqət yetirilməsi lazım olan mövzular arasındadır.

3- İnkişaf etmiş ölkələr arasındakı iqtisadi fərqlər

ABŞ-ın “Goldman Sachs” bankının 2015-ci il üçün hazırladığı hesabatında da, qlobal iqtisadiyyatda gələn ilin ən əhəmiyyətli gündəm maddələrindən biri inkişaf etmiş ölkələr arasındakı iqtisadi fərqlərin olacağı qeyd edilib.

ABŞ iqtisadiyyatındakı yaxşılaşma ilə bərabər Fedin dəstəyini çəkməsi və digər ölkələrin də bənzər addımlar atdırıb-atdırmayacağı diqqətlə izləniləcəkdir. Avropa iqtisadiyyatlarının yaxşılaşmaqda ABŞ-dan geri qalmasından ötəri bənzər addımları, həm ölkələrin öz iqtisadiyyatları, həm də qlobal bazarlar baxımından əhəmiyyətlidir.

4- Avro Bölgəsindəki aşağı inflyasiya

Avropa Mərkəzi Bankı Avro Bölgəsini “canlandırmaq” üçün hər üsula müraciət edə biləcəyi istiqamətində açıqlamalar verib. Bölgədəki aşağı inflyasiya gələn ilin ən əhəmiyyətli gündəm maddələrindən biri olacaqdır.

5- Qlobal miqyasda əməyin ödənişi fərqi

Qlobal iqtisadiyyatın qabaqcıl iqtisadiyyatlarındakı əməyin ödənişi balanssızlığı gələn ilin ən əhəmiyyətli risklərindən biri olaraq qalacaqdır.

6- Çin

Son on ilin böyümə maşını Çindəki iqtisadi yavaşlama 2015-in ən əhəmiyyətli gündəm maddələrindən birini təşkil edəcəkdir. Gələn il üçün dünyanın ən böyük ikinci iqtisadiyyatının 6-7% arasında böyüməsi gözlənilir.

7- Güclü dollar

ABŞ iqtisadiyyatındakı güclənmə ilə bərabər digər pul vahidləri qarşısında rekord qıran dolların hərəkəti və güclü duruşu gələn ilin ən böyük risklərindən biri olaraq göstərilir.

8- Geo-siyasi proseslər

Geo-siyasi risklər də narahatlıq qaynağı olmaqda davam edəcək. IŞİD, Ukrayna ilə Rusiya, İran ilə İsrail arasındakı qarşıdurmalar gələn ilin gündəm maddələri arasında iştirak edəcək.

9- İtən optimizm

2015-də sərmayəçilər arasında azalan optimizmin risk alışını azaltmasından və əməliyyat həcmlərinin aşağı qalmasından narahatlıq edilir.

10- Gözlənilməyən risklər

Mütəxəssislər iqtisadi və maliyyə riskləri ilə bərabər, sərmayəçilərə hər vaxt gözlənilməyənin reallaşma ehtimalı mövzusunda xəbərdar edir və 2011-ci ildə Yaponiyada baş verən zəlzələ və tsunami faciəsini xatırladır. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar