ABŞ Dövlət Departamenti prezidentləri alqışlayıb

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dialoqun yenidən başlaması üçün vacib addımdır"

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü ilk addım kimi yüksək qiymətləndirib və dövlət başçılarının yaxın aylarda yenidən görüşmək barədə razılığa gəlməsini alqışlayıb.

APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin açıqlamasında bildirilir.

Bəyanatda deyilir ki, son iki ildə ilk dəfə keçirilən bu görüş dialoqun yenidən başlaması yolunda vacib addımdır və liderlərin Dağlıq Qarabağ münaqişəsinə son qoymaq niyyətini nümayiş etdirir: “ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ prezidentləri hər iki ölkə insanları üçün ağır yükə çevrilmiş bu münaqişənin həlli üçün fəal çalışmağa təkidlə çağırır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar