Vaqif Hacıbəyli Eldar Namazova qarşı "cəbhə açdı"

“Rəsul Quliyevin Milli Şuraya yönəlik sistemli böhtan və iftira kampaniyası Eldar Namazovu qətiyyən narahat etmir. Verdiyi müsahibədən də aydın olur ki, onun da hədəfi Rəsul Quliyev kimi Müsavatdır. Bu halda Eldar Namazovun Milli Şuranın icra orqanına rəhbərlik etməyə mənəvi haqqı varmı? Mənə elə gəlir ki, Milli Şuradakı sağlam qüvvələr bir çox digər aktual məsələlər kimi bu məsələyə də növbəti sessiyada aydınlıq gətirməyi bacaracaqlar”.

APA-nın məlumatına görə, bunu Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov sabiq spiker Rəsul Quliyev kimi Müsavat Partiyasını hakimiyyətə işləməkdə ittiham edir: “Eldar Namazov müsahibəsində deyib ki, Milli Şuraya daxil olan bütün partiyalarla birlikdə Cəmil Həsənlinin namizədliyini dəstəkləyirdik və kampaniyada iştirak edirdik. Onun sözündən belə çıxır ki, Cəmil Həsənlinin 0,5 faiz səs toplayacağına dair açıqlama verən Rəsul Quliyev də bu sıradadır. Eldar Namazov birbaşa deməyə siyasi cəsarəti çatmasa da, Milli Şuranın fəaliyyəti barədə mövqelərini açıqlayan Müsavat funksionerlərini dolayısı ilə hakimiyyətə işləməkdə ittiham edib”.

Partiya sədri qeyd edib ki, Rəsul Quliyev də Cəmil Həsənlini dəstəkləyənləri hakimiyyətə işləməkdə suçlayıb: “Eyni ittihamları Rəsul Quliyev də son müsahibəsində səsləndirib. Demokratik siyasi müxalifətə münasibətdə irtica ideoloqlarının siyasi leksikonundan qətiyyən fərqlənməyən, həqarət nümayiş etdirən Rəsul Quliyev iqtidara münasibətdə nəinki loyallıq, açıq şəkildə yarınmaq taktikasına üstünlük verir ki, bu da həmin şəxsin mənəvi deqradasiyasını göstərir”.(APA)

Qeyd edək ki, bir neçə gün əvvəl V.Hacıbəylinin qardaşı Arif Hacılı da böyük bir məqalə yazaraq Milli Şuradakı gərginliyi "fitilləyən" ittihamlar irəli sürmüşdü. İndi isə V.Hacıbəylinin Eldar Namazova cəbhə açması, hətta onu Milli Şuradan qovmağa çağırması düşündürücüdür. Belə görünür ki, Müsavatda müəyyən dairələr Milli Şuranı faktiki olaraq İctimai Palata formatına qaytarmaq niyyətindədirlər.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar