RUSLAR PUTİNİ NİYƏ DEVİRMİRLƏR? - “Rusiya Qərbin önündə diz çökməyəcək”

“Mövcud çətinliklərə dözüm göstərmənin başlıca səbəbi, hələlik inflyasiyanın qəbul edilməz səviyyəyə qədər yüksəlməməsidir”

Nəyə görə Rusiya sakinləri ölkədə iqtisadi vəziyyətin çətinlikləri qarşısında sakitlik nümayış etdirirlər? Rublun dollara görə kursunun 1:50-yə olan nisbətini keçməsi bütün Qərb kütləvi informasiya vasitələrini, Rusiya iqtisadiyyatının uçurumun kənarında dayanması fikrinə gətirib. Onlar, həmçinin özlərinə belə bir sual da verirlər ki, görəsən Vladimir Putinin hökuməti bu dəfə duruş gətirə biləcəkmi? Əgər rus xalqının nə üçün həyəcanlı zamanlarda səs-küy salmamasının səbəbini düzgün anlasaq, onda biz ölkənin bu vəziyyətdən necə çıxmaq istədiyini də başa düşə bilərik. Mövcud çətinliklərə dözüm göstərmənin başlıca səbəbi, hələlik inflyasiyanın qəbul edilməz səviyyəyə qədər yüksəlməməsi ilə bağlıdır. Çünki əsas ərzaq məhsulları sayılan çörəyin, kartofun, kərə yağının və kələmin qiymətləri çox da qalxmayıb. Banan, apelsin və mandarinin qiyməti də hədsiz yüksək sayılmaz.

Rusiya əhalisi düşünür ki, neft qiymətinin aşağı düşməsi, sadəcə olaraq, müvəqqəti bir haldır və bir neçə aydan sonra vəziyyət yaxşılaşmaya doğru gedəcək. Neft-qaz iqtisadiyyatı dövrünün keçmişdə qalmasına və indiki ağır durumun hökm sürməsinə baxmayaraq, Rusiya heç də ölümcül zərbə almayıb. Hazırda ən vacib məsələlərdən biri, rusların öz prezidentlərinə olan inamlarının yüksək olmasıdır. Əhali fikirləşir ki, Rusiya Qərbin qarşısında diz çökməyəcək. Onlar belə hesab edirlər ki, qarşıdurmaya getmək Putinin niyyətində olmayıb və bunu Qərb başlayıb.

Putin Qərblə kompromisə gedəcəkmi? Əlbəttə ki, bəli! Lakin bunun üçün Rusiya əhalisinin razılaşacağı münasib şərtlər və qaneedeci təkliflər irəli sürülməlidir. Ukrayna böhranı başlayan kimi, Putin Qərblə razılaşmaq üçün lazım olan istənilən fürsəti dəyərləndirməyə çalışıb. O, öz mövqeyini yumşaldaraq, dialoq qurmağa razı olsa da, ABŞ və Avropa Putinə heç bir şans verməyərək, birmənalı şəkildə Ukraynadan çıxmaq tələbini irəli sürüblər. Rusiya prezidenti konservativ ideyaların tərəfdarıdır və o, ölkəsində daxili sabitliyin qorunmasını həyata keçirməklə yanaşı, böyük imperiya siyasəti aparmaq niyyətindən əl çəkmək istəmir.

Hazırda Rusiya çox ciddi iqtisadi çətinliklərlə üzləşib. Bəs belə olan halda Çin özünü necə aparmalıdır? Bəziləri düşünür ki, Çin Xalq Respublikası yaranmış fürsətdən istifadə etməklə, neftin qiymətinin daha da aşağı düşməsinə nail olub, öz strateji enerji ehtiyatlarını artırmalıdır. Ancaq yaxşı qonşu çətinə düşənə köməklik göstərənə deyilir.

“Xuançyu Şibao”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar