“Putindən qorxmaq deyil, onun zəif tərəflərini anlamaq lazımdır” - (The İndependent)

"Son illər Qərb dünyasının böyük bir hissəsi Rusiya prezidenti Vladimir Putinin yeni çar olması illuziyasının əsirinə çevrilib. Onlar belə güman edirlər ki, həmin bu çar barmaqlarını oynadan kimi, hökumətdəki bütün nazirlərdən tutmuş, sadə vətəndaşlara və Amur pələnglərinə qədər, hamı onun əmrlərini yerinə yetirməyə cumacaq." “The İndependent”-in “Putindən qorxmaq deyil, onun zəif tərəflərini anlamaq lazımdır” adlı məqaləsi belə başlayır.

Müəllif yazır ki, özündən əvvəlki prezident Boris Yeltsin kimi, Putin də istəyir ki, yaranmış bu illyuziya davam etsin. “Buna nümunə kimi başqa ölkələrin tarixindən köçürülmə olan prezident Putinin Federal Məclisə illik müraciətini göstərə bilərik. Onun çıxış etdiyi möhtəşəm Kreml zalında səslənən həmin müraciət prezidentin manerasına təntənə, yenilməzlik və müqəddəslik aurası qatırdı.

Ancaq görüntünü həqiqət kimi qəbul etmək olmaz. Prezidentin şıxışı ilə müşahidə edilən həmin təntənəli mərasim və rəsmi prezident protokolu yaxın zamanlarda peyda olub. Başqa ölkələrin prezident mərasimlərindən götürülən və içərisində əlbəttə ki, çar təntənəsinin elementləri də olan bu müraciətin əsas ideyası Sovet İttifaqının necə dağılmasını xatirələrdən silməklə yanaşı, Rusiya dövlətinin dirçəlişini nümayiş etdirməkdən ibarət idi.

Ancaq Qərbdə Putini qüdrətli çar hesab edənlər, öz fikirlərini qəfildən dəyişiblər. İndi onlar deyirlər ki, Putinin mövcud mövqeyi onun ölkəsində artan millətçilik axınında sarsıla bilər. Çünki millətçilər Ukraynanın şərq hissəsinin Kiyevdən qoparılmasına böyük ümüdlər bəsləyirdilər və onlar prezidentin geri çəkilməsindən xeyli narazıdırlar. Digər tərəfdən isə Rusiya vətəndaşları öz həyat şəraitlərinin təhlükəyə düşməsindən bərk qorxurlar. Sözssüz ki, bu həqiqətdir və qeyri-stabil Rusiya, öz zəifliyini anlayan Rusiyadan daha təhlükəlidir. Bəzən çar hesab edilən bu ölkənin lideri həvəssiz olsa da, öz hakimiyyətinin imkanları sərhəddinin haraya qədər gedib çıxdığını yaxşı anlayır.”

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar