Yanvarın 1-dən benzinin bahalaşacağı rəsmən təsdiqləndi

Ramiz Həsənov: “Avro-3”ə keçidlə əlaqədar yanacağın qiymətinin qalxma ehtimalı var"

Gələn il yanvarın 1-dən “Avro-3”ə keçidlə əlaqədar Azərbaycanda yanacağın qalxma ehtimalı var. SalamNews xəbər verir ki, bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

“Biz "Avro-3"ə yanvarın 1-dən keçməyi planlaşdırırıq. Təbii ki, bu standarta keçidlə əlaqədar müvafiq qurumlar hazırlıqlarını başa çatdırıblar. Bizdə "Avro-4", "Avro-5" standartları da hazırdır, sadəcə bunların həyata keçirilməsi üçün vaxt lazımdır”, - Ramiz Həsənov deyib.

Komitə sədri yanacağın qiymətinin qalxmasına da münasibət bildirib: ““Avro-3” standartına keçid qiymətlərə cüzi təsirini göstərə bilər. Ancaq ekologiya və sağlamlıq hər şeydən vacibdir. Bu gün Bakının özündə böyük tıxaclar var. Bu, ondan irəli gəlir ki, maşınların sayı xeyli çoxalıb. Ona görə, bu standarta keçid bizə vacibdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar